Azərbaycanda son sutkada 25 nəfər koronavirusa yoluxub

Mayın 8-də Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 25 yeni yoluxma qeydə alınıb, 26 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3-ü vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 831 588 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 821 156 nəfər müalicə olunaraq sağalıb, 10 260 nəfər vəfat edib, aktiv xəstə sayı 172 nəfərdir.
www.anews.az
























