• $
  • €
  • ₽
  • ₺
  • £

Yasamal rayonunda ağac soyqırımı - FOTO

Yasamal rayonunda ağac soyqırımı - FOTO
14.03.2014 13:57
Bu gün Yasamal rayonu, N.Tusi adına klinikasının yaxınlığındakı ağacların kütləvi şəkildə qırılması və sakinlərin etirazı ilə bağlı redaksiyamıza məlumat daxil olub.ANN.Az-ın əməkdaşı baş verənləri araşdırmaq üçün hadisə yerinə gedib. Saytın əməkdaşı əraziyə çatarkən artıq ağacların kəsildiyini və Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin işçilərinin ərazidə təmizlik işləri apardığını görüb. Hadisə yerində Post Patrul Xidməti əməkdaşları və 90 BA 710 nömrə nişanlı maşınla gəlmiş mülki geyimlilər olub.Hadisənin şahidlərindən biri olan və adının çəkilməsini istəməyən taksi sürücüsünün sözlərinə görə, ərazidə 50-yə yaxın ağac olub və onların 42-si kəsilib: “Gecə saat 4 radələrində ağacların hamısını kəsdilər. Səhər iki mülki geyimli gəldi. Hiss olunurdu ki, ərazini alan adamlar idilər. Hətta gülərək “Bu ağacları xoxan aparıb ki” deyərək ərazidə bir az gəzdilər, sonra burada çalışanlara tapşırıqlar verib getdilər. Bir az sonra əraziyə sakinlər toplaşdı və etirazlarını bildirdilər. Rayon İcra Hakimiyyətinin müavini və polis hadisədən xəbərsizmiş kimi məsələni araşdıracaqlarını dedilər”.Qeyd edək ki, ərazidə təmizlik işləri aparan Yasamal rayon MKTB işçiləri jurnalistlərə açıqlama verməkdən imtina ediblər: “Biz icra hakimiyyətinin işçisiyik, təmizlə deyiblər, təmizləyirik. Xahiş edirik, çörəyimizə bais olmayın”.Məsələ ilə əlaqədar Yasamal rayon İcra Hakimiyyətindən münasibət öyrənmək istəsək də, telefon zənglərimiz cavabsız qaldı. Yaxın saatlarda icra hakimiyyətinin də mövqeyini işıqlandırmağa çalışacayıq.Kökündən çıxarılmış ağacların bir çoxu ərazidən aparılsa da, ayrı-ayrı hissələr hələ təmizlənməkdə idi. ANN.Az-ın əməkdaşının çəkdiyi fotoları oxuculara təqdim edirik:SeymurANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol