• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ-da Azərbaycan nömrəsi gəzdirənlər - FOTOLAR + VİDEO

ABŞ-da Azərbaycan nömrəsi gəzdirənlər - FOTOLAR + VİDEO
01.03.2014 11:03

Amerikada yaşayan bəzi azərbaycanlılar bu ölkədə sahib olduqları avtomobillərin üzərində qeyri-adi nömrə nişanları gəzdirirlər.  ABŞ-da hər bir vətəndaş müəyyən məhdudiyyətlərlə istədiyi rəqəm və ya ifadəni öz avtomobilinin nömrə nişanı kimi yazdıra bilər.

“Amerikanın səsi” radiosunun xəbərinə görə, ABŞ-da hər ştatda qeydiyyat və nömrələrin alınması prosesi müxtəlif olsa da, ümumilikdə bu qaydalar federal qanunlarla tənzimlənir.ABŞ-ın Virciniya ştatındakıavtomobillərin qeydiyyatı prosesini barəıdə xəbər verən radionun məlumatında bildirilir ki, burada avtomobili qeydiyyatdan keçirmək cəmi bir neçə saat vaxt ala bilər. Avtomobillər qeydiyyata DMV kimi tanınan Mühərrikli Maşınlar Departamentində alınır. DMV ofisləri regional olaraq bir neçə yerdə fəaliyyət göstərir. Ancaq avtomobili yeni alanlar üçün qeydiyyat üçün maşının texniki baxışdan və emissiya təhlükəsizliyindən keçməsi şərtdir. Virciniya ştatında demək olar ki, hər bir benzindoldurma məntəqəsində tekniki baxış xidməti təklif olunur. Qiyməti standart 16 dollardır. Avtomobil bir illik texniki baxışdan keçir və məlumatlar mərkəzləşdirilmış sistemə göndərilir. Beləliklə Amerikanın hər bir yerində hər kəs sistemə daxil olaraq avtomobilin texniki baxışdan keçdiyi haqda məlumatı əldə edə bilər. Təxminən yarım saat çəkən prosesdən sonra vətəndaş artıq qeydiyyat üçün yaxınlıqdakı DMV ofisinə gedə bilər. Burada maşın sahibi hamının gözü qarşısında masaya yaxınlaşıb, 4 faizlik alış vergisini və qeydiyyat ödənişini həyata kecirir: 10000 dollarlıq avtomobil üçün təxminən 450 dollar. Nömrə nişanına gəldikdə vətəndaş bunu DMV ofisindən və ya internetdə www.dmv.state.va.us veb səhifəsindən daha rahat əldə edə bilər. Avtomobil sahibinə standart və ya xüsusi nömrə seçmək imkanı da verilir. Standart dövlət, xüsusi isə avtomobilin sahibi tərəfindən müəyyən edilir. Xüsusi nömrə maksimum 7 işarə və 1 boşluqdan ibarət ola bilər. Sifariş etməmişdən əvvəl vətəndaşın  istədiyi nömrənin istifadədə olub-olmadığını yoxlamaq imkanı var.Nömrələrin qiymətinə gəldikdə, bu da maraqlıdır. Xüsusu nömrələrin qiyməti nömrənin fon görüntüsündən asılı olaraq 10-25 dollar arasında dəyişir. Mürəkkəb quruluşa malik olmayan nömrələrin böyük əksəriyyəni 10 dollaradır. Nömrə təxminən 3 həftə ərzində ev ünvanına göndərilir.Müşahidələr göstərir ki, xüsusilə son illər ABŞ-da azərbaycanlı mühacirlər xüsusi nömrələrdən yaralanaraq üzərinə “Bakı”, “Qarabağ”, “Yeraz” və bu kimi dogər sözlər yazılmış nömrə nişanlarından istifadə edirlər.

ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol