• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda “Məhəbbət ağacı” yetişdi - FOTOLAR

Bakıda “Məhəbbət ağacı” yetişdi - FOTOLAR
15.02.2014 09:35
Mərasimdə incəsənət ustaları çıxış ediblər.Fevralın 14-də Dənizkənarı Milli Parkda “Məhəbbət ağacı” layihəsinin təqdimatı olmuşdur.Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA Beynəlxalq Təşkilatının təsisçisi, “Baku” jurnalının baş redaktoru Leyla Əliyeva və Arzu Əliyeva iştirak etmişlər.AzərTAc xəbər verir ki, “Məhəbbət ağacı” layihəsi IDEA, “YARAT” Müasir İncəsənət Məkanı və “Baku” jurnalının birgə layihəsidir.Müasir İncəsənət Muzeyinin icraçı direktoru Xəyyam Abdinov iştirakçıları salamlamış və layihə haqqında məlumat vermişdir.Belə bir inanc vardır ki, üzərində sevgililərin adlarının baş hərfi yazılmış qıfılı körpünün sürahilərinə bağladıqda uğur gətirərək səadət vəd edir. Ənənəyə uyğun olaraq, dünyanın əksər ölkələrində gənclər park və bağlarda ağacların budaqlarına lent bağlayır, üzərində təsirli sözlər yazılmış suvenirlər asırlar.Bakının Milli Parkındakı metal konstruksiyalı “Məhəbbət ağacı” onun budaqlarında öz duyğularının möhkəmliyinin sübutunu qoyub getmək istəyən sevən cütlüklərin və sevgililərin daha çox üz tutduqları məkanın - Dənizkənarı Bulvarın daimi bəzəyi olacaqdır.Mərasimdə incəsənət ustaları konsert proqramı ilə çıxış etmişlər.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol