• $
  • €
  • ₽
  • ₺
  • £

100 Mbit/s internet şirkətlərə niyə 30 manata təklif olunur?

100 Mbit/s internet şirkətlərə niyə 30 manata təklif olunur?
28.08.2024 15:57
Əhali kateqoriyasından olan abunəçilərə minimum 100 Mbit/s internet üçün təklif olunan 25 manat korporativ şirkətlərə 30 manata təklif edilir. Bu barədə anews.az-a bir neçə fərqli şirkətdən bildirilib. 
 
Şirkət təmsilçiləri qeyd edir ki, onlara təklif olunan minimum 100Mbit/s internet üçün 30 manat tələb olunur. 
 
Bəs görəsən qeyri əhali kateqoriyasından olan şəxslərə nədən internet daha baha satılır?
 
İnformasiya Texnologiyaları üzrə Mühəndis-Tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev deyir ki, bu ənənə bütün dünyada mövcuddur. 
 
"Bu məsələ hər xidmət növünə görə, başqa cür yorumlana bilər. Amma ümumi olaraq hüquqi şəxslər üçün xidmətlərin baha olmasına səbəb, həmin xidmətin dayanıqlı olmasına xidmət etmək, daha dözümlü və yüksək tələblərə cavab verən avadanlıqlar üzərindən qoşmaq, pik saatlarda internetin sürətinin aşağı düşməsinin qarşısın alan müəyyən tədbirlər görmək və sürəti internet istifadəçiləri arasında stabil və düzgün bölüşdürlüməsinə olan nəzarətin daha dəqiq olması üçün ola bilər. Təbii ki, hər bir provayderin də qoyduğu qiymət fərqinə uyğun yaxşı xidmət verməsi və müştərisini narazi salmaması onun xidmət kefiyyətinə və standarlara baxışından və etik yanaşmasından asılıdır", - ekspert bildirib. 
 
Məsələ ilə bağlı internet provayderlərinin biri ilə əlaqə saxladıq. Faktı təsdiq etdilər və bildirilər ki, bu əvvəlki tarif qiymətlərində də belə olub. 
 
Belə ki, əvvəlki qiymətlərdə evlərə 40 Mbit sürət üçün 18 manat, ofislərə veriıən 50Mbit sürət üçün 24 manat xidmət haqqı alınırdı. İndi isə 100Mbit sürətli internet  əhali üçün  25 manat, qeyri əhali üçün isə 30 manata təklif olunur. 
 
Hüquqi şəxslərə qiymətin daha baha  təklif olunmasını isə provayder əməkdaşı onların yerləşdikləri ofislərin ərazisi və texniki məsələlərlə əlaqəli olduğunu bildirib. 
 
Hazırda ölkə üzrə avqustun 15-dən  etibarən  abunəçilərə 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN qiymət təklif edilir. 
 
Bu qiymətlər ekspertlər tərəfindən tənqid olundu. Avqustun 14-də Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidməti genişzolaqlı internet xidmətləri bazarında Rəqabət Məcəlləsinin tələblərinin pozulması əlamətləri üzrə araşdırmalara başlandığını açıqlayıb.
 
Araşdırmanın nəticələri barəsində hələlik heç bir məlumat verilməyib. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol