• $
  • €
  • ₽
  • ₺
  • £

Mobil operator sənaye təhlükəsizliyi və rifah sahəsində nümunəvi fəaliyyətinə görə təltif edildi

Mobil operator sənaye təhlükəsizliyi və rifah sahəsində nümunəvi fəaliyyətinə görə təltif edildi
09.01.2025 12:20
"Azercell Telekom” MMC "Sənaye Təhlükəsizliyi Zirvəsi”ndə "İşçi Rifahı 2024” mükafatı ilə təltif edilib. Tədbir Fövqəladə Hallar Nazirliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun və "Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası” İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub. Belə ki, münsiflər heyəti lider mobil operatorun SƏTƏM (Sənaye Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) sahəsində fəaliyyətini yüksək qiymətləndirib. Azercell işçi rifahı, sənaye təhlükəsizliyi, ətraf mühit standartlarının təkmilləşdirilməsi və iqlim dəyişikliyi ilə mübarizə istiqamətində həyata keçirdiyi layihələrlə fərqlənib.


Qeyd edək ki, "Sıfıra doğru” şüarı altında keçirilən Zirvə toplantısı sənaye təhlükəsizliyi və əməyin mühafizəsi sahəsində qlobal yeniliklərin, eləcə də qabaqcıl təcrübələrin müzakirəsinə həsr olunub. Tədbirdə 350-dən çox dövlət və özəl sektor nümayəndəsi, yüksək vəzifəli şəxslər, iş adamları və sahə üzrə mütəxəssislər iştirak ediblər.


Qeyd edək ki, "Azercell Telekom” MMC insan kapitalına yüksək dəyər verir və təhlükəsiz, dayanıqlı iş mühitinin qurulmasına yönəlmiş ardıcıl təşəbbüslər həyata keçirir. Şirkət sağlamlıq və sosial rifaha yönəlmiş proqramlarla yanaşı, işçiləri ergonomik və rahat iş mühiti ilə təmin edir. Bununla yanaşı, sağlamlıq sığortası, tibbi müayinələrə çıxış, psixoloji dəstək və stressin idarə olunması üzrə təlimlər kimi işçilərin rifahının artırılmasına yönəlmiş proqramlar təklif edir.


"Azercell Telekom” MMC və şirkətin fəaliyyəti haqqında daha ətraflı məlumat əldə etmək üçün rəsmi Azercell səhifəsinə daxil olun.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Cəmiyyət 12:30
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol