Laçında yük avtomobili aşıb, ölən var

Laçında yük avtomobili aşıb. Bu barədə Report məlumat yayıb.
Rayonun Pircahan kəndi ərazisində, 1977-ci il təvəllüdlü Nağızadə Aslan Vaqif oğlu idarə etdiyi "Howo” markalı yük nəqliyyat vasitəsi ilə idarəetməni itirərək nəqliyyat vasitəsini aşırıb.
Nəticədə Aslan Nağızadə aldığı xəsarətlərdən hadisə yerində ölüb.
www.anews.az
























