• $
  • €
  • ₽
  • ₺
  • £

Bu lisey və gimnaziyalara qəbul başlayır - Siyahı

Bu lisey və gimnaziyalara qəbul başlayır - Siyahı
26.05.2025 19:11

2025-2026-cı tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən şagird qəbulu mərkəzləşdirilmiş imtahanla həyata keçirilən bir sıra lisey və gimnaziyalara qəbul prosesinə start verilir.Bu barədə Təhsil İnstitutu məlumat yayıb.

Bildirilib ki, sözügedən lisey və gimnaziyalara ərizə qəbulu iyun ayının 5-də başlayacaq və 20 iyuna kimi davam edəcək.

Bunun üçün valideyn (və ya qanuni nümayəndə) şəxsi kabinetində “Sorğu yerləşdir” bölməsinə daxil olaraq “Mərkəzi imtahanla qəbul” düyməsini sıxmaqla imtahanın keçiriləcəyi mərkəzi seçməlidir.

Qəbul yalnız 6-cı sinif şagirdləri üçün (7-ci sinfə qəbul) həyata keçiriləcək.

Şagirdlər əvvəlcə mərkəzləşdirilmiş qəbul imtahanında iştirak etməli, sonra isə topladıqları bala müvafiq olaraq təhsil almaq istədikləri lisey və ya gimnaziyaların seçimini aparmalıdırlar. İmtahan zamanı şagirdlərə tədris dili və riyazi təfəkkürü ölçən standart və qeyri standart suallar təqdim ediləcək.

Aşağıda mərkəzləşdirilmiş qaydada qəbul prosesi keçiriləcək lisey və gimnaziyaların siyahısı göstərilib. Qeyd olunan müəssisələr haqqında ətraflı məlumatı şagirdlərin elektron yerdəyişməsi portalında “Mərkəzi imtahanlı liseylər” bölməsindən əldə edə bilərsiniz.

1.Bakı şəhəri, S.C.Pişəvəri adına humanitar fənlər təmayüllü gimnaziya;

2.Bakı şəhər, A.S.Makarenko adına humanitar fənlər təmayüllü gimnaziya;

3.Bakı şəhəri, S.Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziya;

4.Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü lisey;

5.Bakı şəhəri, Kimya-biologiya təmayüllü Respublika liseyi;

6.Bakı şəhəri, 16 nömrəli texniki-humanitar lisey;

7.Bakı şəhəri, 2 nömrəli texniki-humanitar lisey;

8.Bakı şəhəri, 147 nömrəli texniki-humanitar lisey;

9.Bakı şəhəri, Texniki humanitar lisey;

10.Bakı şəhəri, 291 nömrəli “Ekologiya” liseyi;

11.Bakı şəhəri, S.Rüstəm adına xarici dillər təmayüllü gimnaziya;

12.Sumqayıt şəhər, ‘İstedad’ liseyi;

13.Sumqayıt şəhər, N.Gəncəvi adına texniki və təbiət elmləri liseyi;

14.Sumqayıt şəhər, “Təfəkkür” liseyi;

15.Sumqayıt şəhər, Təbiət elmləri təmayüllü gimnaziya;

16.Şamaxı şəhər, texniki, humanitar və təbiət təmayüllü lisey;

17.Şəki şəhəri, Kimya-biologiya təmayüllü lisey;

18.Şəmkir şəhər, Kimya-biologiya təmayüllü lisey;

19.Şirvan şəhər, Kimya-biologiya təmayüllü lisey;

20.Quba şəhər, Fizika, riyaziyyat və informatika təmayüllü lisey;

21.Gəncə şəhər, Fizika, riyaziyyat və informatika təmayüllü lisey;

22.Ağdaş şəhər, M.Şeyxzadə adına humanitar və təbiət fənləri təmayüllü gimnaziya;

23.Biləsuvar şəhər, texniki fənlər təmayüllü məktəb-lisey;

24.Gəncə şəhər, Xarici dillər təmayüllü gimnaziya;

25.Ağstafa şəhər, Texniki-humanitar təmayüllü lisey;

26.Oğuz şəhəri, E.Abdullayev adına 2 nömrəli texniki və təbiət fənləri təmayüllü lisey;

27.Mingəçevir şəhəri, S.Vurğun adına 16 nömrəli tam orta məktəb;

28.Lənkəran şəhəri, S.Kazımbəyov adına 6 nömrəli məktəb-lisey;

29.Qobustan şəhər, 2 nömrəli tam orta məktəb;

30.Masallı şəhər, ‘Dəfinə’ məktəb-liseyi;

31.Beyləqan şəhər, Humanitar fənnlər təmayüllü lisey;

32.Şərur şəhər, Fizika riyaziyyat təmayüllü lisey.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol