• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı 2026-cı ildə ESCAP-ın 82-ci sessiyasına ev sahibliyi edəcək

Bakı 2026-cı ildə ESCAP-ın 82-ci sessiyasına ev sahibliyi edəcək
04.07.2025 16:10

Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (ESCAP) 82-ci sessiyası 2026-cı ilin aprelində Bakıda keçiriləcək.

Bu barədə BMT Baş katibinin müavini, ESCAP-in icraçı katibi Armida Salsiah Alişahbana İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Xankəndidə keçirilən 17-ci Zirvə görüşündə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, qlobal çağırışların artdığı bir dövrdə regional əməkdaşlığın rolu hər zamankından daha vacibdir: “Bu kontekstdə gələcək müzakirələr üçün üç əsas təklifi vurğulamaq istərdim. Birincisi, milli, subregional və regional səviyyələrdə siyasət uyğunluğunu və koordinasiyanı gücləndirmək məqsədilə regional platformaların qurulması və möhkəmləndirilməsi vacibdir. Məsələn, ECO-nun yeni strategiyası milli iqlim hədəfləri ilə uyğunlaşdırıla bilər.

İkincisi, iqlim dəyişikliyinin ölkələrə təsirini nəzərə alaraq, xüsusilə transsərhəd nəticələrə malik daşqınlar, quraqlıq və buzlaq təhlükələrinə qarşı ortaq risk qiymətləndirmə çərçivəsinin, erkən xəbərdarlıq sistemlərinin və regional cavab koordinasiyasının yaradılması və ya təkmilləşdirilməsi zəruridir.

Üçüncüsü, davamlı və iqlimə davamlı gələcək baxışını əməkdaşlığın bütün sahələrinə inteqrasiya etməli, daha böyük siyasət uyğunluğu və sektorlararası sinerji təmin edilməlidir”.

A. Alişahbana çıxışının sonunda 82-ci ESCAP Komissiya Sessiyasının 2026-cı ilin aprelində Bakıda keçiriləcəyini elan edərək, bu mühüm təşəbbüs və dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol