• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat Bakı-Sumqayıt yolundakı sıxlıq və infrastruktur işlərindən narahatdır

Deputat Bakı-Sumqayıt yolundakı sıxlıq və infrastruktur işlərindən narahatdır
03.09.2025 11:36

Milli Məclisin deputatı Razi Nurullayev Bakı və ətraf yollarında nəqliyyat sıxlığının artdığını və infrastruktur işlərinin ləng aparıldığından narahatdır. Bu barədə deputat sosial şəbəkə hesabında paylaşım edib.

Nurullayev qeyd edib ki, Sumqayıt-Bakı yolunda ötən ilin payızında tıxaclar əsasən Xırdalan qəbiristanlığı yaxınlığında başlayırdısa, bu il sentyabrın əvvəlində sıxlıq artıq Mühəndislik Universiteti yaxınlığından müşahidə olunur.

Deputat həmçinin Binəqədi yolunda təxminən iki aydır davam edən kanalizasiya xətlərinin yenilənməsi ilə bağlı işlərin yekunlaşmadığını vurğulayıb. Onun sözlərinə görə, bu, şəhərə giriş-çıxışda ciddi çətinliklər yaradır.

Millət vəkili yol və nəqliyyat layihələrinin 24 saatlıq iş rejimi ilə həyata keçirilməsinin zəruri olduğunu qeyd edib və sentyabrın ortalarından etibarən vəziyyətin daha da ağırlaşa biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Gülnar 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol