• $
  • €
  • ₽
  • ₺
  • £

Qeyri-rezidentlər üçün 10 min dollarlıq hədd və 30 günlük qeydiyyat tələbi olacaq

Qeyri-rezidentlər üçün 10 min dollarlıq hədd və 30 günlük qeydiyyat tələbi olacaq
12.02.2026 10:04

Azərbaycanda rəqəmsal xidmətlər göstərən qeyri-rezident şirkətlərin vergiyə cəlb olunması mexanizminin təkmilləşdirilməsi məqsədilə Vergi Məcəlləsinə dəyişikliklər təklif edilib. Qanun layihəsi hazırda Milli Məclisdə müzakirə olunur.

Layihəyə əsasən, Azərbaycan ərazisində alıcılara elektron ticarət qaydasında iş və xidmət təqdim edən və vergi uçotunda olmayan qeyri-rezidentlərin illik dövriyyəsi 10.000 ABŞ dollarının manat ekvivalentini keçdikdə, onlar 30 gün ərzində elektron qaydada vergi uçotuna alınmalıdırlar. Bu həddən aşağı dövriyyəsi olan qeyri-rezidentlər üçün isə könüllü qeydiyyat mexanizmi tətbiq ediləcək.


Təklif edilən dəyişikliklərin əsas məqsədi elektron xidmətlər üzrə ƏDV-nin birbaşa xidmət göstərən qeyri-rezident tərəfindən ödənilməsini təmin etməkdir. Bu yanaşma mövcud praktikada yerli istehlakçıların üzərinə düşən vergi öhdəliyini aradan qaldıraraq, vergi yükünün xidmət təminatçıları arasında daha balanslı bölüşdürülməsinə yönəlib.


Layihədə bəzi xidmətlər elektron ticarət kateqoriyasından kənarlaşdırılır. Fərdiləşdirilmiş və birbaşa qarşılıqlı ünsiyyətə əsaslanan məsləhət, hüquq, maliyyə, mühasibat, dizayn və mühəndislik xidmətləri, eləcə də real vaxt rejimində təqdim edilən onlayn tədris və təlim xidmətləri elektron ticarət sayılmayacaq.


Hazırkı qaydalara görə vergi bəyannamələri və ödənişlər hesabat dövründən sonrakı ayın 20-dək təqdim olunur. Təklif edilən dəyişikliklər bəyannamə müddətini dəyişmir. Lakin qeyri-rezidentlər üçün ƏDV ödənişinin son tarixi hesabat dövründən sonrakı ayın sonuncu gününədək uzadılır. Bu addım beynəlxalq ödənişlərin texniki xüsusiyyətləri və mümkün gecikmələr nəzərə alınaraq təklif olunur.


Qanun layihəsində 6 aylıq keçid mərhələsi nəzərdə tutulur. Bu müddət ərzində rəqəmsal xidmətlər təqdim edən qeyri-rezidentlərin vergi uçotu, hesabat və ödəniş sistemlərini yeni tələblərə uyğunlaşdırması planlaşdırılır.


Yeni qaydalar qlobal praktikaya uyğun olaraq rəqəmsal iqtisadiyyatda vergi bazasının genişləndirilməsinə yönəlib. 10 min dollarlıq dövriyyə həddi kiçik xidmət təminatçıları üçün inzibati yükü məhdudlaşdırmaqla yanaşı, daha böyük bazar iştirakçılarının məcburi uçota alınmasını təmin etməyi hədəfləyir. Bu model bir sıra ölkələrdə tətbiq edilən “rəqəmsal xidmətlərin mənbə ölkəsində vergiyə cəlb olunması” yanaşmasına uyğundur.

Gülnar Nazimqızı 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Cəmiyyət 12:30
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol