• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ Səfirliyi: Azərbaycanla texnologiya sahəsində tərəfdaşlığımız artır

ABŞ Səfirliyi: Azərbaycanla texnologiya sahəsində tərəfdaşlığımız artır
12.02.2026 14:51

"Google" şirkətinin "Gemini" süni intellekt modelinin rəsmi olaraq Azərbaycan dilində istifadəyə verilməsi ABŞ və Azərbaycan arasında texnologiya və innovasiya sahəsində artan tərəfdaşlığı əks etdirir. Bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin açıqlamasında bildirilir.

"Sevindirici Xəbər – "Google Gemini" artıq Azərbaycan dilində əlçatandır. 2024-cü ildən "Google Gemini" dünyanın aparıcı süni intellekt əsaslı çatbotlarından biri olub. Onun Azərbaycan dilində qlobal istifadəyə verilməsi ABŞ–Azərbaycan arasında texnologiya və innovasiya sahəsində artan tərəfdaşlığı əks etdirir və 2025-ci ilin avqust ayında süni intellekt üzrə əməkdaşlığı vurğulayan ikitərəfli sazişə əsaslanır. Gemini 3-ün qlobal təqdimatı çərçivəsində Azərbaycan dili əlavə olunan 23 yeni dildən biridir ki, bu da Azərbaycanın qlobal rəqəmsal ekosistemdə rolunu önə çıxarır. Tam internet və mobil dəstəklə Gemini öyrənmə, yaradıcılıq və məhsuldarlıq üçün yeni imkanlar yaradır. Və artıq Azərbaycan dilində əlçatandır. İnnovasiyanın gələcəyi buradadır və o, Azərbaycan dilində danışır", - açıqlamada qeyd olunub.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Cəmiyyət 12:30
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol