• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir

Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
13.02.2026 15:51

Beynəlxalq Robot Olimpiadasının (“RobotChallenge”) Azərbaycanda keçiriləcək yerli mərhələsinə hazırlıq işləri uğurla davam edir. Azercell-in dəstəyi ilə həyata keçirilən layihə ölkədə innovasiya, texnologiya və STEAM sahələrinə marağın artmasına töhfə verir. Mobil operator yarışın milli seçim mərhələsinin rəsmi sponsorlarından biri olaraq gənclərin texnoloji bilik və bacarıqlarının inkişafını təşviq edir.

Hazırlıq mərhələsi çərçivəsində müxtəlif dövlət məktəblərində və özəl təhsil mərkəzlərində “RobotChallenge” ilə bağlı maarifləndirici tədbirlər baş tutub, bir sıra yerli universitetlərdə infosessiyaların təşkili planlaşdırılıb. Həmçinin şagird və tələbələr üçün seminarların, sahə mütəxəssislərinin iştirakı ilə panel müzakirələrin, interaktiv təlimlərin də həyata keçirilməsi nəzərdə tutulub. 

Olimpiadanın əsas məqsədi robototexnika və STEAM (Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat) yönümlü biliklərə marağı gücləndirmək, istedadlı məktəbliləri aşkar etmək və onların beynəlxalq səviyyədə çıxışını təmin etməkdir. Milli seçim mərhələsində yüksək nəticə göstərən komandalar Azərbaycanı Çində keçiriləcək beynəlxalq finalda təmsil edəcəklər.

Xatırladaq ki, yarışa qeydiyyat proqramlaşdırma istiqaməti üzrə (onlayn formatda) 18 fevral 2026-cı il, robototexnika istiqaməti üzrə isə 25 mart 2026-cı il tarixinədək açıqdır. 

“RobotChallenge 2026” barədə ətraflı məlumat və qeydiyyat üçün məktəblilər və komandalar www.robotchallenge.az saytına müraciət edə bilərlər.

 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Cəmiyyət 12:30
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol