• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı aeroportu sərnişinlərə alternativ marşrutlardan istifadə etməyi tövsiyə edib

Bakı aeroportu sərnişinlərə alternativ marşrutlardan istifadə etməyi tövsiyə edib
13.02.2026 17:44

14–15 fevral tarixlərində, gecə saatlarında Hava limanı şosesində aparılacaq texniki işlərlə əlaqədar müəyyən istiqamətlər üzrə nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq.Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportu məlumat yayıb.

"Bununla əlaqədar olaraq, qeyd olunan tarixlərdə uçuşu olan sərnişinlərə hava limanına gəliş və yaxud limandan çıxış zamanı alternativ marşrutlardan istifadə etmələri tövsiyə olunur.

Məhdudiyyətlər aşağıdakı saat və istiqamətləri əhatə edir:

14 fevral, saat 00:00–07:00 – Hava limanı yolundan "Koroğlu" metrostansiyası istiqamətində;

15 fevral, saat 00:00–07:00 – "Koroğlu" metrostansiyasından Hava limanı istiqamətində.

Alternativ olaraq, sərnişinlər 8 Noyabr prospekti – Zığ yolu marşrutundan (və əks istiqamətdə) istifadə edə bilərlər.

Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərə səfərlərini əvvəlcədən planlaşdırmağı və hava limanına daha erkən yola düşməyi tövsiyə edir", -  məlumatda qeyd olunub.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Cəmiyyət 12:30
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol