• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan İranla sərhəddə yük avtomobillərinin hərəkətini dayandırıb

Azərbaycan İranla sərhəddə yük avtomobillərinin hərəkətini dayandırıb
05.03.2026 19:10

Azərbaycan Nazirlər Kabineti Azərbaycan-İran dövlət sərhədindən yük avtomobillərinin hərəkətinin müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edib.


Nazirlər Kabinetindən bildirilib ki, qərar martın 5-də İran ərazisindən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında mülki infrastruktura pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumlar fonunda qəbul olunub.


Məlumata görə, hücumlar nəticəsində Naxçıvan Beynəlxalq Hava Limanı, məktəb və digər obyektlər atəşə məruz qalıb. Bir neçə mülki şəxs xəsarət alıb, hava limanının terminal binasına ziyan dəyib.


Rəsmi açıqlamada qeyd olunub ki, beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan bu hücumlar nəticəsində yaranmış vəziyyət nəzərə alınaraq, Azərbaycan-İran sərhədində bütün sərhəd-keçid məntəqələrindən yük avtomobillərinin hərəkəti, o cümlədən tranzit daşımalar müvəqqəti olaraq tam dayandırılıb.

Gülnar

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol