• $
  • €
  • ₽
  • ₺
  • £

Həkim Azər Maqsudov amnistiya ilə cəzadan azad edilib

Həkim Azər Maqsudov amnistiya ilə cəzadan azad edilib
06.04.2026 17:15

Tanınmış alim Arif Acaloğlunun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsində təqsirləndirilən həkim Azər Maqsudov amnistiya aktı əsasında cəzadan azad edilib.

Qərar Bakı Apellyasiya Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda qəbul olunub. Məlumatı Maqsudov özü təsdiqləyib.

İstintaq materiallarına görə, hadisə 2023-cü ilin noyabrında Bakının Sabunçu rayonunda baş verib. Maqsudov idarə etdiyi avtomobillə hərəkətdə olarkən Acaloğlunu vurub, nəticədə alim aldığı xəsarətlərdən ölüb.

Maqsudov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi (yol hərəkəti qaydalarının pozulması – ölümlə nəticələndikdə) ilə təqsirləndirilib. O, Sabunçu Rayon Məhkəməsinin hökmü ilə 1 il 6 ay müddətə nəqliyyat vasitəsi idarə etmək hüququndan məhrum edilməklə 4 il azadlıqdan məhrum edilib və cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkirdi.

Maqsudov Kliniki Tibbi Mərkəzn Toksikologiya şöbəsinin müdiridir.

 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol