• $
  • €
  • ₽
  • ₺
  • £

“Cəfər Cabbarlı”da yeni piyada keçidi tədris mövsümünə qədər açılacaq

“Cəfər Cabbarlı”da yeni piyada keçidi tədris mövsümünə qədər açılacaq
08.04.2026 11:35

Bakı Metropoliteni “Cəfər Cabbarlı” stansiyasında xətlərin ayrılması layihəsi çərçivəsində inşa olunan yeni piyada keçidinin sərnişinlər üçün platformaya birbaşa, sürətli və ən qısa hərəkət imkanı yaradacağını açıqlayıb.

Qurumun yaydığı məlumata görə, keçid sərnişin axınının “Dərnəgül” və “Xətai” istiqamətləri üzrə ayrılmasına imkan verəcək. 

Bunun nəticəsində “28 May” stansiyasında hərəkətin daha nizamlı və təhlükəsiz təşkili təmin olunacaq.

Qurumdan bildirilib   sərnişinlər “Cəfər Cabbarlı” stansiyasından istifadə etməklə ən qısa yolla “28 May”ın platformasına daxil ola biləcəklər. Bu isə giriş qapısında gözləmələri azaldacaq, platformaya daha rahat və sürətli keçidi təmin edəcək, eyni zamanda əlavə sıxlığın qarşısını alacaq.

Bakı Metropoliteni bildirib ki, keçidin inşası üçün qazıntı işləri və metal konstruksiyalı tunelin quraşdırılması artıq başa çatıb.

 Hazırda “28 May” stansiyasının platforması ilə birləşmə hissəsində işlər davam edir. Paralel olaraq, üç hissədən ibarət pilləkənlərdə metal karkas qurulur və betonlama işlərinə hazırlıq görülür.

Yekun mərhələdə piyada keçidində üzləmə işləri aparılacaq və onun yeni tədris mövsümünə qədər istifadəyə verilməsi planlaşdırılır.

Qurum xatırladıb ki, uzunluğu 200 metrə yaxın olacaq tunelin inşası başa çatana qədər qatarların hərəkəti “İçərişəhər-Əhmədli” (habelə “Əhmədli-Həzi Aslanov” məkik hərəkət mənzili), “Dərnəgül-Nizami” və hazırkı qaydada “Cəfər Cabbarlı-Xətai” istiqamətləri üzrə təşkil olunacaq.

Tikintinin növbəti mərhələsində isə sərnişinlər “28 May” və “Nizami” stansiyaları arasında yerüstü nəqliyyatdan istifadə edəcəklər.

Bakı Metropoliteninin məlumatına görə, tunelin inşasının “Dərnəgül” elektrik deposunun birinci mərhələsi başa çatdıqdan sonra 11 ay ərzində yekunlaşdırılması nəzərdə tutulur. 

Bundan sonra digər avadanlıq, qurğu və sistemlərin quraşdırılması tamamlanacaq və Qırmızı (“İçərişəhər-Həzi Aslanov”) ilə Yaşıl (“Dərnəgül-Xətai”) xətlər tam müstəqil fəaliyyətə başlayacaq.

Gülnar Nazimqızı

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol