• $
  • €
  • ₽
  • ₺
  • £

Abşeronda yağışın fəsadları aradan qaldırılır

Abşeronda yağışın fəsadları aradan qaldırılır
16.04.2026 18:22

Mart və aprel ayında yağan intensiv yağıntılar nəticəsində Abşeron rayonunun bir sıra ərazilərində çökmə baş verib.Bu barədə Abşeron RİH məlumat yayıb.

Bildirilib ki, Xırdalan, Masazır, Məmmədli, Hökməli və Aşağı Güzdək yaşayış məntəqələrində, göl ətrafı yaşayış məskənlərində, o cümlədən Saray kəndinin relyefcə çökək hissələrində yağış suyunun və qrunt sularının artması müşahidə edilib.

İlk günlərdən etibarən su kütləsinin təxirəsalınmadan idarə olunması, istiqamətləndirilməsi, kənarlaşdırılması və digər əhəmiyyətli tədbirlərin görülməsi istiqamətində Abşeron Rayon İcra Hakimiyyəti, yerli bələdiyyələr, FHN-nin və ADSEA-nın nümayəndələri ilə birgə qərargah yaradılıb.

Görülən işlər çərçivəsində yüksək məhsuldarlıqlı nasos və suçəkmə qurğuları vasitəsilə ərazilərdən suyun fasiləsiz kənarlaşdırılması işi aparılmış, Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin, Abşeron RİH-nin yerli qurumlarının birgə səyləri ilə ərazilərə əlavə nasos və texniki vasitələr cəlb edilərək suçəkmə işləri gücləndirilmişdir. Ərazilərin spesifik xüsusiyyətləri nəzərə alınaraq mobil nasos stansiyaları və pompalar vasitəsilə çirkab və yağış sularının ötürülməsi həyata keçirilib. Lilsoran və digər xüsusi texnikalar vasitəsilə kanalların, kollektorların və suötürücü xətlərin lil və tullantılardan təmizlənməsi həyata keçirilib. Eyni zamanda su kütləsinin çoxluğu nəzərə alınaraq müvəqqəti suötürücü xətlər və alternativ axın istiqamətləri yaradılaraq suyun sürətli uzaqlaşdırılması təmin edilib.

Normadan dəfələrlə artıq yağış suyunun düşməsi, hal-hazırda da ara-sıra yağışların yağması və bununla əlaqədar olaraq nasosxanaların gücləndirilmiş iş rejimində çalışdırılması səbəbindən bəzi nasosxanaların fəaliyyətində yaranmış müvəqqəti fasilələr səbəbindən rayonun bəzi hissələrində içməli suyun verilişində yaranmış məhdudiyyətlər operativ tədbirlər nəticəsində aradan qaldırılıb və içməli su təminatı qısa müddətdə əvvəlki rejimə qaytarılıb.

Hazırda relyef cəhətdən ən çökək ərazilərdə yerləşən küçələrdə və ayrı-ayrı ünvanlarda fərdi yaşayış evlərinin həyətlərindən suyun kənarlaşdırılması, göllərin suyunun səviyyəsinin tənzimlənməsi və bənd vurulması, göl ətrafı ərazilərdə təmizlik işlərinin görülməsi həyata keçirilir. O cümlədən müraciətlər əsasında fərdi sahibkarlar tərəfindən inşa edilmiş və idarəçiliyi özəl şirkətlərdə olan çoxmənzilli yaşayış binalarına da dəstək verilib, zirzəmilərə dolan su kütləsinin tez bir zamandan çəkilməsi üçün əlavə nasoslar cəlb edilib. Artıq bir çox zirzəmilər tamamilə qurudularaq sakinlərin istifadəsinə verilib.

 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol