• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat: Sovet dövründə “qadına az maaş verilsin” yanaşması yox idi

Deputat: Sovet dövründə “qadına az maaş verilsin” yanaşması yox idi
17.04.2026 11:44

Azərbaycanda gender bərabərliyi ilə bağlı əmək münasibətlərində bərabər əməkhaqqı prinsipi qanunvericilikdə daha dəqiq şəkildə təsbit olunmalıdır. Bunu deputat Səttar Möhbalıyev bildirib. 

Deputat sovet dövrü ilə müqayisə apararaq qeyd edib ki, o dövrdə əməkhaqqı ştatlar üzrə müəyyən edilirdi və eyni vəzifəni icra edən şəxslər arasında cinsə görə fərq tətbiq olunmurdu.

"Sovet dövründə qadınlarla kişilərin əməkhaqqısı arasında fərq yox idi, çünki ştatlar əvvəlcədən təsdiq olunurdu. Məsələn, mühasib və ya iqtisadçı vəzifəsi üçün ştatda 160 manat göstərilirdi. Orada “bu kişi işləyir, ona 165 manat verilsin” kimi yanaşma mövcud deyildi. Sovet dövründə bu baxımdan fərqlər yox idi. Müəyyən mənada ola bilərdi ki, qadınların vəzifələrə irəli çəkilməsi məsələsində rəhbərlik tərəfindən bəzi məhdudiyyətlər tətbiq olunsun. Bu cür fərqlər ola bilərdi, lakin ştatlar üzrə əməkhaqqı eyni idi", - deputat bildirib. 

Onun sözlərinə görə, müasir qanunvericilikdə gender bərabərliyi prinsipləri mövcuddur və bu sahədə qəbul edilən qanun mükəmməldir.

Möhbalıyev əlavə edib ki, yeni dəyişikliklərin təsdiqlənməsi ilə əmək münasibətlərində ayrı-seçkiliyə son qoyulacağı gözlənilir.

Deputat bildirib ki, yeni təklif olunan dəyişikliklərə əsasən, işəgötürənlər eyni və ya bərabər dəyərli işi yerinə yetirən işçilərə, cinsindən asılı olmayaraq, bərabər əməkhaqqı ödəməyə borclu olacaq.

Layihəyə görə, işin “bərabər dəyərli” olub-olmaması əmək şəraiti, əmək funksiyası və mövcud tarif-ixtisas meyarları əsasında müəyyən ediləcək. Bu yanaşma yalnız eyni iş deyil, həm də dəyər etibarilə oxşar işlərə eyni ödənişin tətbiqini nəzərdə tutur.

Mövcud qanunun 9.1-ci maddəsində eyni ixtisas və eyni işə görə bərabər ödəniş nəzərdə tutulsa da, yeni dəyişikliklər bu anlayışı genişləndirərək “bərabər dəyərli iş” prinsipini də əhatə edəcək.


Azərbaycanda “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanun əmək münasibətlərində ayrı-seçkiliyin aradan qaldırılmasını nəzərdə tutur. Beynəlxalq təcrübədə də “equal pay for equal value” prinsipi gender bərabərliyinin əsas komponentlərindən biri hesab olunur. Bir sıra ölkələrdə bu prinsipin qanunvericilikdə genişləndirilməsi əmək bazarında gender maaş fərqinin azaldılmasına yönəlib.

Gülnar Nazimqızı 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol