• $
  • €
  • ₽
  • ₺
  • £

Belçika və Niderland səfirləri XİN-ə çağırılıb

Belçika və Niderland səfirləri XİN-ə çağırılıb
20.04.2026 15:44

Belçika və Niderlandın Azərbaycandakı səfirləri - Julyen de Frepon və Marian de Jonq - Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, görüşlər zamanı 16 aprel 2026-cı ildə Belçika və Niderland parlamentləri tərəfindən qəbul edilmiş sənədlərə qarşı kəskin etiraz bildirilib. XİN bu sənədləri Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə, həmçinin Azərbaycan-Ermənistan sülh prosesinə zərbə kimi qiymətləndirib.

Qeyd olunub ki, sənədlər “yalan və əsassız iddialara” əsaslanır və anti-Azərbaycan mövqeyi əks etdirir. Nazirlik bu yanaşmanı beynəlxalq hüququn pozulması və daxili işlərə müdaxilə kimi dəyərləndirib.

Görüşlərdə Azərbaycanın suveren əraziləri ilə bağlı istinadlar, Ermənistanın ərazi bütövlüyünün pozulması iddiaları və erməni əsilli şəxslərlə bağlı ittihamlar qəti şəkildə rədd edilib.

XİN həmçinin vurğulayıb ki, sənədlərin qəbulu Azərbaycan və Ermənistan parlament spikerləri arasında son görüşlə eyni vaxta təsadüf etməsi fonunda “paradoksal” xarakter daşıyır.

Azərbaycan tərəfi Belçika və Niderlandı parlamentlərində anti-Azərbaycan təşəbbüslərin ikitərəfli münasibətlərə mənfi təsirinin qarşısını almaq üçün tədbirlər görməyə çağırıb.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol