• $
  • €
  • ₽
  • ₺
  • £

Kür çayında su səviyyəsi enir, bəzi ərazilərdə subasma qeydə alınıb

Kür çayında su səviyyəsi enir, bəzi ərazilərdə subasma qeydə alınıb
27.04.2026 10:07

Azərbaycanda intensiv yağıntılar fonunda Kür çayının aşağı axınında yaranmış gərgin vəziyyətin tədricən sabitləşdiyi bildirilir. Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.

Məlumata görə, martın sonundan etibarən ölkə ərazisində yağan güclü yağışlar nəticəsində həm transsərhəd, həm də daxili çaylarda gursululuq müşahidə olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyi-nin proqnozları əsasında Mingəçevir su anbarından 13 apreldən saniyədə 500 kubmetr, 17 apreldən isə 700 kubmetr su buraxılması qərara alınıb.

Eyni zamanda Kür çayına tökülən Ağstafaçay, Qarqarçay, Türyançay, Ağsuçay, Göyçay və Girdimançay çaylarında suyun həcminin artması, eləcə də yağıntılar səbəbindən nasos stansiyalarının fəaliyyətinə ehtiyacın azalması bəzi ərazilərdə çayın mühafizə bəndlərində sızmalara səbəb olub. Nəticədə bir sıra rayonlarda lokal subasma halları qeydə alınıb, bəzi yaşayış evlərinin həyətyanı sahələri və örüş torpaqları su altında qalıb.

Agentlik bildirir ki, yaranmış vəziyyətlə əlaqədar Regional Su Meliorasiya Xidmətinin əməkdaşları ərazilərə ezam olunub, qabaqlayıcı tədbirlər görülüb və aidiyyəti qurumlarla koordinasiya gücləndirilib.

Aprelin 24-dən etibarən Kür çayında suyun səviyyəsinin 30–105 santimetr arasında azaldığı müşahidə olunub. Hazırda suyun məcrası ilə maneəsiz şəkildə Xəzər dənizi istiqamətində axıdılması təmin edilir.

Qeyd olunur ki, əvvəllər təhlükə səbəbindən köçürülmüş nasos və elektrik avadanlıqları yenidən quraşdırılır, su basmış ərazilərdən suyun çəkilməsi davam edir və əhali tədricən normal təsərrüfat fəaliyyətinə qayıdır.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol