• $
  • €
  • ₽
  • ₺
  • £

Əmrullayev: təhsil siyasətinin mərkəzində uşaqların inkişafı dayanmalıdır

Əmrullayev: təhsil siyasətinin mərkəzində uşaqların inkişafı dayanmalıdır
30.04.2026 15:13

Təhsil siyasətində əsas məqsəd uşaqların yalnız akademik nəticələrini deyil, həm də tərbiyə, psixoloji və emosional inkişafını təmin etmək olmalıdır.Bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib.


“Bir çox hallarda uşaqlar ətrafında aparılan müzakirələr uşaqlar üçün deyil, uşaqlar haqqındadır. Hesab edirəm ki, bu yanaşmanın dəyişməsi cəmiyyətimiz və təhsil sistemimiz üçün faydalı istiqamət ola bilər”, - nazir qeyd edib.

Əmrullayevin sözlərinə görə, uşaq inkişafından danışarkən iki əsas istiqamət nəzərə alınmalıdır: təlim nəticələri və tərbiyə məsələləri.

“Təlim nəticələrini imtahanlar və qiymətləndirmələr vasitəsilə ölçmək nisbətən asandır. Lakin tərbiyə daha dərin məsələdir və onu ölçmək daha çətindir. Buna baxmayaraq, Azərbaycan məktəblərində bu iki istiqamət paralel aparılmalı, tərbiyə məsələləri xüsusilə önə çəkilməlidir”, - o bildirib.

Nazir vurğulayıb ki, dəyərlərə əsaslanan təhsil sistemi formalaşmadan davamlı yüksək nəticələr əldə etmək mümkün deyil.

“Təkcə imtahan nəticələri deyil, uşaqların tərbiyəsi, psixoloji və emosional inkişafı da cəmiyyət üçün vacib müzakirə mövzusu olmalıdır”, - Əmrullayev əlavə edib.

O, həmçinin təhsil kontekstində qadınların, xüsusilə anaların və qızların təhsilinin mühüm əhəmiyyət daşıdığını bildirib.

“Bugünkü qızların təhsili növbəti nəsillərin təhsil keyfiyyətinə təsir edən əsas amillərdən biridir. Bu gün müşahidə etdiyimiz reallıqlar 20-30 il əvvəl qızların və qadınların təhsili ilə bağlı verilmiş qərarların nəticəsi ola bilər”, - nazir deyib.

Əmrullayev qeyd edib ki, elmi tədqiqatlar təhsilli anaların övladlarının riyaziyyat, oxu və təbiət elmləri üzrə daha yüksək nəticələr əldə etdiyini göstərir.

Gülnar Nazimqızı

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol