• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir uşaqların təlim-tərbiyəsindən danışıb

Nazir uşaqların təlim-tərbiyəsindən danışıb
30.04.2026 15:16

Uşaqların təlim və tərbiyəsində ailənin rolu məktəbin rolu qədər, bəzi hallarda isə ondan da artıqdır. Bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib.

“Uşaqlar məktəbə artıq müəyyən dəyərlərlə gəlirlər. Onlar ailədə dünyaya göz açır, ilk davranış və münasibət modellərini məhz ailədə mənimsəyirlər. Buna görə də ailənin uşağa ötürdüyü dəyərlər xüsusi əhəmiyyət daşıyır”, - nazir qeyd edib.

Əmrullayevin sözlərinə görə, valideynlər uşaq inkişafında məsuliyyətdən kənarda qala bilməzlər.

“Dünyaya uşaq gətirən valideynlər öz məsuliyyətlərini dərk etməli, məktəb və müəllimlə birlikdə çalışaraq yeni nəsil azərbaycanlıların inkişafına töhfə verməlidirlər”, - o bildirib.

Nazir vurğulayıb ki, qlobal çağırışların və texnologiyanın sürətli inkişafı ilə bağlı risklərin artdığı dövrdə ailə, məktəb və müəllim əməkdaşlığı daha da aktuallaşır.

Gülnar Nazimqızı

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol