• $
  • €
  • ₽
  • ₺
  • £

Seyidova: Media sosial şəbəkələrin itirdiyi auditoriyanı geri qaytarmaq üçün yeni platformalara çevrilməlidir

Seyidova: Media sosial şəbəkələrin itirdiyi auditoriyanı geri qaytarmaq üçün yeni platformalara çevrilməlidir
01.05.2026 15:56

Ənənəvi media sosial şəbəkələrin artan təsiri fonunda auditoriyanı geri qaytarmaq üçün daha interaktiv və çevik platformalara çevrilməlidir. Bunu Medianın İnkişafı Agentliyinin media təhlil şöbəsinin müdiri Səbinə Seyidova bildirib.

Onun sözlərinə görə, media qurumları sosial şəbəkələrdə kanallar açaraq auditoriyalarını genişləndirməyə çalışsalar da, istifadəçilərin diqqətini tam şəkildə öz platformalarına yönəltməkdə hələ də çətinlik çəkirlər.

“Ənənəvi media informasiyanı əsasən birtərəfli ötürür və interaktivlik nisbətən azdır. Müasir auditoriya isə yalnız məlumat almaq deyil, həm də kontent yaradıcılığında iştirak etmək istəyir,” Seyidova qeyd edib.
O bildirib ki, dünyada artıq “yeni media” anlayışı formalaşır və media platformaları istifadəçilərə həm xəbər istehlakçısı, həm də məzmun yaradıcısı kimi iştirak imkanı verməlidir.

Seyidovanın sözlərinə görə, The New York Times, BBC və Al Jazeera kimi aparıcı media qurumları mobil tətbiqlərini inkişaf etdirir, sosial şəbəkələrdə isə xəbər kontenti ilə yanaşı, maarifləndirici və əyləncəli məzmun da təqdim edirlər.

“Bu, medianın yalnız jurnalistika fəaliyyəti kimi deyil, həm də biznes subyekti kimi inkişaf etdiyini göstərir,”- o bildirib.

Seyidova qeyd edib ki, süni intellekt mediaya yeni imkanlar açmaqla yanaşı, dezinformasiya və manipulyasiya risklərini də artırır.

Onun sözlərinə görə, süni intellekt jurnalistlərin rutin işlərini azalda, vaxtdan daha səmərəli istifadə etməyə və strateji düşüncəyə daha çox imkan yarada bilər.

“Amma süni intellektdən istifadə şəffaf və məsuliyyətli olmalıdır. Media qurumları bu texnologiyadan auditoriya etimadını qorumaq və keyfiyyətli kontent yaratmaq üçün yararlanmalıdır,”- Seyidova əlavə edib.

Gülnar Nazimqızı

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol