• $
  • €
  • ₽
  • ₺
  • £

Qətldə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya ediləcək

Qətldə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya ediləcək
06.05.2026 12:23

Qəsdən adam öldürməkdə təqsirləndirilən Gürcüstan vətəndaşı Elşən Şamilov Almaniyadan Azərbaycana ekstradisiya ediləcək. Bu barədə Baş Prokurorluq məlumat yayıb.


Məlumata görə, Şamilovun ekstradisiyası ilə bağlı Baş Prokurorluğun vəsatəti Almaniyanın səlahiyyətli orqanları tərəfindən təmin edilib.


İstintaq materiallarına əsasən, Elşən Şamilovun Əfqan Əliyev və Hidayət Həsənovla qabaqcadan əlbir olaraq 1993-cü il iyulun 30-da tamah məqsədilə mənzilə basqın etdiyi və bir nəfəri qətlə yetirdiyi şübhəsi müəyyən edilib.


Baş Prokurorluq bildirir ki, onun həmin şəxslərlə müxtəlif vaxtlarda digər cinayətlər törətməsinə də əsaslı şübhələr var.


Şamilov təqsirləndirilən şəxs qismində cəlb olunub. O, istintaqdan yayındığı üçün 2025-ci il mayın 8-də İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Şamilov Almaniyada saxlanılıb.


Hazırda onun Azərbaycana gətirilməsi üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən tədbirlər görülür.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol