• $
  • €
  • ₽
  • ₺
  • £

Ədliyyə Nazirliyinin bir sıra xidmətləri “mygov”a inteqrasiya edilib

Ədliyyə Nazirliyinin bir sıra xidmətləri “mygov”a inteqrasiya edilib
15.05.2026 17:49

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı”nın icrası istiqamətində Ədliyyə Nazirliyi tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir. Belə ki, rəqəmsal dövlət xidmətlərinin “bir pəncərə” prinsipi əsasında vahid platforma üzərindən təqdim edilməsi çərçivəsində Ədliyyə Nazirliyinin bir sıra xidmətləri artıq “mygov” platformasına inteqrasiya edilib.

Bu barədə  İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən (İRİA) bildirilib.

Yeni inteqrasiya nəticəsində vətəndaşlar Ədliyyə Nazirliyinin təqdim etdiyi bir sıra xidmətlərdən artıq ayrı-ayrı platformalara keçid etmədən birbaşa “mygov” üzərindən istifadə edə bilərlər. Bu yanaşma dövlət xidmətlərinin vahid platformaya inteqrasiyası, istifadəçi təcrübəsinin sadələşdirilməsi və xidmətlərə çıxışın asanlaşdırılması məqsədini daşıyır.

Ədliyyə Nazirliyinin “mygov” platformasına inteqrasiya olunan xidmətləri barədə məlumat aşağıdakılardır:

  • Tərcümə xidməti
  • Azyaşlının ölkəni tərk etməsi üçün razılıq ərizəsi
  • Fiziki şəxslərə aid icra işləri barədə məlumatların təqdim olunması

“Tərcümə xidməti” vasitəsilə vətəndaşlar notariat qaydasında təsdiqi mümkün olan və notariat təsdiqi mümkün olmayan sənədlərin tərcüməsi üçün rəqəmsal qaydada müraciət edə bilərlər. İstifadəçi sənəd və tərcümə dili barədə məlumatları daxil edib, sənədi platformaya yükləyərək, ödəniş mərhələlərini tamamladıqdan sonra müraciət aidiyyəti üzrə göndərilir. Xidmət üzrə müraciətin statusu və tarixçəsi “mygov” üzərindən izlənilə bilir.

“Azyaşlının ölkəni tərk etməsi üçün razılıq ərizəsi” xidmətindən istifadə üçün vətəndaş azyaşlı, müşayiətçi və eləcə də səfərlə bağlı məlumatları daxil edir, video identifikasiya və ödəniş mərhələlərini tamamladıqdan sonra müraciət aidiyyəti üzrə göndərilir. Nəticə barədə istifadəçiyə bildiriş təqdim olunur.

“Fiziki şəxslərə aid icra işləri barədə məlumatlar” vasitəsilə istifadəçilər özlərinə aid icra işləri və həmin işlər üzrə sənədlərlə platforma üzərindən tanış ola bilirlər. Sistem sənədlərin PDF formatında yüklənməsinə və məlumatların operativ şəkildə əldə edilməsinə imkan yaradır.

Qeyd edək ki, yeni xidmətlərlə yanaşı bu vaxtadək Ədliyyə Nazirliyinin həyat hadisələri əsaslı 5 xidməti və notariat fəaliyyəti ilə bağlı 4 xidməti “mygov” platformasına inteqrasiya edilib.

Vətəndaşlar sözügedən xidmətlərdən həm my.gov.az portalı, həm də “mygov” mobil tətbiqi vasitəsilə istifadə edə bilərlər.

“mygov” mobil tətbiqini yükləmək üçün keçid: //onelink.to/rryy4q

Tətbiqin son yeniliklərini və xəbərlərini sosial şəbəkələrdə izləyin:
· 
LinkedIn

· Facebook

· Instagram

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol