• $
  • €
  • ₽
  • ₺
  • £

Cəbrayıl Xanlarov: İqlim risklərinə qarşı erkən xəbərdarlıq mexanizmləri gücləndirilir

Cəbrayıl Xanlarov: İqlim risklərinə qarşı erkən xəbərdarlıq mexanizmləri gücləndirilir
19.05.2026 12:29

Effektiv erkən xəbərdarlıq sistemlərinin yaradılması milli prioritet hesab olunur. Bunu fövqəladə hallar nazirinin müavini Cəbrayıl Xanlarov WUF13 çərçivəsində keçirilən "Erkən xəbərdarlıq sistemləri və iqlim dayanıqlı şəhərlər" adlı tədbirdə bildirib.

"Dövrümüzün ən təcili strateji prioritetlərindən biri iqlim dəyişiklikləridir. İqlim dəyişikliyi artıq yalnız ekoloji problem deyil. O, iqtisadi artımı, ərzaq təhlükəsizliyini, şəhər inkişafını, su idarəçiliyini və kənd təsərrüfatı sektorunun gələcəyini müəyyənləşdirən əsas amilə çevrilib. Bir çox ölkələr kimi, Azərbaycan da temperaturun artması, su qıtlığı və ekstremal hidro-meteoroloji hadisələrdən qaynaqlanan risklərlə üzləşir. Bütün sahələr arasında kənd təsərrüfatı ən həssas istiqamətlərdən biri olaraq qalır. Bu sistemlər yalnız təhlükələr barədə məlumatlandırma vasitəsi deyil, həm də risklərin qabaqcadan proqnozlaşdırılması, düzgün qərarların qəbul olunması, təbii resursların qorunması və məhsuldarlığın artırılması üçün strateji alətlərdir",- o bildirib.

Xanlarov vurğulayıb ki, Bu çərçivədə dəqiq və kompleks meteoroloji proqnozların Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə inteqrasiyası mühüm addımdır.

"Fermerlərə vaxtında və etibarlı məlumatların çatdırılması əkin, suvarma və məhsul yığımının elmi əsaslarla planlaşdırılmasına imkan yaradır. Bu sistemlər dolu, şaxta və digər iqlim risklərinə qarşı qabaqlayıcı tədbirlərin görülməsini də təmin edir. Eyni zamanda süni intellekt kənd təsərrüfatında yeni mərhələ açır. Müasir rəqəmsal texnologiyalar artıq təkcə məlumat toplamağa deyil, böyük həcmli məlumatların daha sürətli, daha ağıllı və daha effektiv qərarlara çevrilməsinə imkan verir. Bu gün 160-dan çox iqlim stansiyasından əldə edilən məlumatlar, peyk görüntüləri və torpaq analizləri vahid platformaya inteqrasiya olunub. Sistem artıq 300 mindən çox fermer və 600 mindən artıq hektar kənd təsərrüfatı torpağı üzrə məlumatları təhlil edib. Erkən xəbərdarlıq sistemləri, rəqəmsal innovasiyalar və ağıllı kənd təsərrüfatı idarəçiliyi artıq seçim deyil – dayanıqlı gələcəyin ayrılmaz tələbinə çevrilib. Mən əminəm ki, birgə səylərimiz nəticəsində daha güclü kənd təsərrüfatı sektoru, iqlim dəyişikliklərinə daha davamlı şəhərlər və daha təhlükəsiz Azərbaycan quracağıq",- o vurğulayıb.

Aytac

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol