• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı "20 dəqiqəlik" şəhərə çevriləcək - nazir

Bakı "20 dəqiqəlik" şəhərə çevriləcək - nazir
19.05.2026 14:46

Azərbaycan hökuməti Bakının şəhər mobilliyini vahid və kompleks yanaşma əsasında yenidən qurur və məqsəd paytaxtı “20 dəqiqəlik şəhər”ə çevirməkdir. Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib.

Nazirin sözlərinə görə, yanaşma yalnız yolların tikintisi ilə məhdudlaşmır.

“Yollar avtobus şəbəkələrini qidalandırmalıdır, avtobuslar dəmir yolu sistemini, dəmir yolu isə metronu dəstəkləməlidir. Hər bir səviyyə növbəti səviyyəni gücləndirməlidir”, - o qeyd edib.

Nəbiyev bildirib ki, hökumət şəhər nəqliyyatında investisiyaların effektivliyini maliyyə göstəriciləri ilə deyil, insanların vaxtına qənaətlə ölçür.

“Bu gün növbəti bir dolların hara xərclənəcəyinə qərar verərkən əsas sual investisiyanın geri dönüşünün nə olmasıdır. Bizim baxışımıza görə, bu geri dönüş dəqiqələrlə ölçülür - vətəndaş məktəbə, xəstəxanaya və ya işə gedərkən şəhərdə nə qədər az vaxt itirir”, - nazir deyib.

Onun sözlərinə görə, son dörd ildə qəbul olunan bütün qərarların mərkəzində Azərbaycan vətəndaşı dayanıb.

Rəşad Nəbiyev qeyd edib ki, Bakı üzrə qərarların daha dəqiq planlaşdırılması üçün şəhərin “rəqəmsal əkizi” yaradılıb. 


Nazir bildirib ki, mobil operatorlar, kommunal xidmətlər, tullantı idarəetmə sistemləri, müşahidə kameraları və Daxili İşlər Nazirliyindən əldə olunan məlumatlar əsasında 10 milyard unikal məlumatdan ibarət böyük məlumat bazası formalaşdırılıb.

“Bu alət bizə işıqforların, avtobus zolaqlarının və velosiped yollarının harada qurulmalı olduğunu müəyyən etməyə və həmin qərarların Bakının bütün hissələrinə təsirini əvvəlcədən proqnozlaşdırmağa imkan verir”, - o əlavə edib.

Nazirin sözlərinə görə, layihəyə başlanarkən Bakıda A nöqtəsindən B nöqtəsinə illik təxminən 2 milyard hərəkətin 50%-i avtomobil və taksilərin payına düşürdü.

 Hazırda bu göstərici 40%-ə endirilib və məqsəd 2030-cu ilin sonuna qədər onu 30%-ə çatdırmaqdır.

Aytac Zeynalova

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol