• $
  • €
  • ₽
  • ₺
  • £

Kəlbəcərdə 27 mina hadisəsi qeydə alınıb – Bəşir Hacıyev

Kəlbəcərdə 27 mina hadisəsi qeydə alınıb – Bəşir Hacıyev
21.05.2026 17:35

2020-ci ildən indiyədək Kəlbəcər rayonunda 27 mina hadisəsi baş verib, nəticədə 8 nəfər həyatını itirib, 43 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Bunu Bəşir Hacıyev çıxışı zamanı deyib.

O bildirib ki, 2020-ci ilin noyabrından 2026-cı il mayın 12-dək Azərbaycan üzrə mina və partlayıcı sursat hadisələri nəticəsində ümumilikdə 425 nəfər zərərçəkən qeydə alınıb. Onlardan 73 nəfər həlak olub, 352 nəfər isə yaralanıb.

Bəşir Hacıyev qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə dayanıqlı mühitin formalaşdırılması və reinteqrasiya prosesinin sürətləndirilməsi istiqamətində Kəlbəcərdə genişmiqyaslı layihələr həyata keçirilir. Onun sözlərinə görə, şəhərin birinci yaşayış mərhələsinin tikintisi tamamlanıb və mənzillər istifadəyə verilib, digər yaşayış məhəllələri və kəndlər üzrə layihələndirmə işləri davam edir.

O əlavə edib ki, yol infrastrukturu, enerji təminatı, qazlaşdırma, su təchizatı və təhsil infrastrukturu istiqamətində də mühüm işlər görülür. Həmçinin İstisu mineral su zavodu fəaliyyətini bərpa edib və hazırda illik istehsal gücü bir milyon şüşədən çoxdur.

Aytac

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol