• $
  • €
  • ₽
  • ₺
  • £

Doqquzuncuların imtahanı da təkrar keçiriləcək

Doqquzuncuların imtahanı da təkrar keçiriləcək
22.05.2026 17:40

Dövlət İmtahan Mərkəzi tərəfindən 2026-cı il mayın 17-də ümumi (9 illik) orta təhsil bazasında müxtəlif imtahanlar keçirilib. Həmin gün Bakı, Abşeron və Sumqayıt şəhərlərinin bəzi yerlərində imtahan zamanı əlverişsiz hava şəraiti müşahidə olunub. Bu hal nəzərə alınaraq qeyd olunan şəhərlərdə imtahanda iştirak etmiş və ya imtahana gedə bilməmiş şəxslər üçün 21 iyun tarixində imtahanın təkrar keçirilməsi nəzərdə tutulur.

Bununla bağlı Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, təkrar imtahana ancaq qeyd olunan şəhərlərdə keçirilmiş imtahanda iştirak etməli olan şagird və abituriyentlər qatıla bilərlər.

“Bu il 9 illik təhsil bazasında kolleclərin müsabiqəsində iştirak etmək üçün qeydiyyatdan keçən və təkrar imtahanda iştirak etmək istəyən abituriyentlər 25-26 may tarixlərində Mərkəzin saytında yerləşdiriləcək keçid vasitəsilə qeydiyyatdan keçə bilərlər. 17 may tarixində imtahanda iştirak etmək üçün buraxılış vərəqəsini əldə etmiş, lakin əlverişsiz hava şəraiti ilə bağlı gecikmə səbəbinə görə imtahanda iştirak etməmiş abituriyentlər üçün bu imtahan ödənişsizdir. İmtahanda iştirak etmiş abituriyentlər isə istədikləri təqdirdə müvafiq qaydada ödəniş etməklə imtahanda yenidən iştirak edə bilərlər.

Kollecə qəbul olmaq üçün sənəd təqdim etməyən, lakin mayın 17-də qeyd olunan şəhərlərdə buraxılış imtahanında iştirak etməli olan şagirdlər (apreldə keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari və əvvəlki illərin IX sinif şagirdləri, eksternat qaydasında IX sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər) 25-27 may tarixlərində təhsil aldıqları məktəbə müraciət edərək 21 iyunda keçiriləcək təkrar imtahanda iştirak edə bilərlər. 21 iyunda keçiriləcək imtahanda iştirak etmək istəməyən şagirdlər ənənəvi olaraq sentyabrda keçirilən imtahana da qatıla bilərlər”, - məlumatda deyilir.

Əlverişsiz hava şəraiti ilə əlaqədar baş verən fors-major hal nəzərə alınaraq Bakı, Abşeron və Sumqayıt şəhərlərində 14 iyun tarixində magistraturaya qəbul imtahanının ikinci cəhdi təkrar keçiriləcək.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol