• $
  • €
  • ₽
  • ₺
  • £

Xankəndidə Çay və Qəhvə Festivalı keçirilir

Xankəndidə Çay və Qəhvə Festivalı keçirilir
29.05.2026 21:28

Mayın 29-da Xankəndi şəhərində çay və qəhvə festivalının açılışı olub. Festival çərçivəsində ölkənin müxtəlif bölgələrindən 20-dən çox yerli şirkət öz məhsullarını nümayiş etdirir.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şəbəsindən bildirilib ki, Zəfər meydanında keçirilən festivalda tədbir iştirakçıları çay və qəhvə mədəniyyəti, yerli istehsalçıların təqdim etdiyi yeniliklərlə yaxından tanış olmaq, müxtəlif növ məhsulları dadmaq imkanı əldə edirlər.

Festival proqramına müxtəlif əyləncəli və mədəni tədbirlər də daxildir. Gün ərzində qonaqlar üçün musiqili-konsert proqramları təşkil olunur, tanınmış ifaçıların çıxışları təqdim edilir.

Festivalın keçirilməsində əsas məqsəd yerli istehsalçıların fəaliyyətinin təşviqi, çay və qəhvə mədəniyyətinin təbliği, həmçinin Xankəndinin sosial-mədəni həyatının daha da canlandırılmasıdır.

Tədbir şəhər sakinləri və qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Festival mayın 30-dək davam edəcək.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol