• $
  • €
  • ₽
  • ₺
  • £

Bu tarixədək qarpız yeməyin! - XƏBƏRDARLIQ

Bu tarixədək qarpız yeməyin! - XƏBƏRDARLIQ
30.05.2026 16:24

Vaxtından əvvəl yetişən qarpızlara tez-tez həddindən artıq nitrat gübrələri verilir ki, bu da insanlarda zəhərlənmə simptomları yarada bilir. Bu, xüsusən də uşaqlar və yaşlılar üçün təhlükəlidir.

Bunu RİA Novosti-yə diyetoloq, tibb elmləri namizədi Olqa Yamilova deyib.

Onun sözlərinə görə, bədənin nitratla yüklənməsi ürəkbulanma, qusma, başgicəllənmə və siyanoza - dərinin və selikli qişaların mavi rəngə boyanmasına səbəb ola bilər. Diyetoloq sağlamlıq risklərini azaltmaq üçün qarpızı təbii şəkildə yetişməyə başladığı avqust ayına qədər yeməməyi məsləhət görüb.

Yamilova həmçinin xatırladıb ki, qarpız qabıqları daim torpaqla təmasda olur və bu bostan bitkisinin səthində salmonella, "E.coli" və rotavirus patogenləri ola bilər. Buna görə də, qarpız yeməzdən əvvəl giləmeyvəni xüsusi sabunla, fırçalayaraq və axar suyun altında yaxşıca yuyaraq təmizləmək lazımdır. Həkim məhz eyni səbəbdən satış nöqtələrində dilimlənmiş qarpızların dadına baxmamağı da məsləhət görüb

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol