• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda doğum səviyyəsi kritik həddə çatmayıb – Bahar Muradova

Azərbaycanda doğum səviyyəsi kritik həddə çatmayıb – Bahar Muradova
01.06.2026 11:33

Azərbaycanda doğum səviyyəsində müəyyən azalma müşahidə olunsa da, vəziyyət kritik həddə deyil. Bunu jurnalistlərə açıqlamasında Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib.

Muradovanın sözlərinə görə, doğum səviyyəsi təkcə sosial deyil, həm də strateji demoqrafik məsələdir.


“Doğum səviyyəsi demoqrafiya məsələsidir. Gələcək insan kapitalının formalaşmasıdır. Burada məqsəd balansı qorumaqdır”, – o qeyd edib.

Komitə sədri bildirib ki, iqtisadi baxımdan daha inkişaf etmiş ölkələrlə müqayisədə Azərbaycandakı vəziyyət narahatedici səviyyədə deyil.

“Hazırda doğum səviyyəsində müəyyən enmələr var. Amma müqayisəli şəkildə yanaşsaq, bizdən daha çox iqtisadi cəhətdən inkişaf etmiş imkanları olan ölkələrlə münasibətdə Azərbaycandakı vəziyyət kritik həddə çatmayıb”, – Muradova vurğulayıb.

O əlavə edib ki, bu sahədə nəticələrə yalnız inzibati üsullarla nail olmaq mümkün deyil.

“Belə məsələlərdə inzibati yollarla uğur əldə etmək çətin olur. Cəmiyyət özü bu məsələlərə münasibətini və davranışını dəyişməlidir”, – komitə sədri deyib.

Muradovanın fikrincə, ailələr doğum qərarlarını yalnız iqtisadi amillərlə əlaqələndirməməlidirlər.
“Ailələr bu məsələni iqtisadi səbəblərə bağlamamalıdır. Əslində, bunun ciddi əsası yoxdur. Bir çox ölkələrin tarixi də göstərir ki, bu, daha çox düşüncə və yanaşma məsələsidir”, – o bildirib.

Komitə sədri qeyd edib ki, qurum demoqrafik balansın qorunması istiqamətində təhlillər aparır və doğum səviyyəsinə təsir edən amilləri araşdırır.


“Bütün hallarda Dövlət Komitəsi balansı qorumağa çalışır. Bu istiqamətdə təhlillər aparır, hansı səbəblərin rol oynadığını müəyyən edir”, – Muradova əlavə edib.

Gülnar Nazimqızı

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol