• $
  • €
  • ₽
  • ₺
  • £

Uşaq hüquqlarının qorunması bütün cəmiyyətin ortaq məsuliyyətidir -Dövlət Komitəsi

Uşaq hüquqlarının qorunması bütün cəmiyyətin ortaq məsuliyyətidir -Dövlət Komitəsi
01.06.2026 11:40

Son bir il ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində 704 təlim, seminar, konfrans və görüş keçirilib, 10 sosial layihə icra olunub. Bunu Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib.

Onun sözlərinə görə, bu tədbirlərdə ümumilikdə 33 min 881 nəfər iştirak edib.

“‘Mənim hüquqlarım’ təşviqat avtobusu layihəsi çərçivəsində Astara, Beyləqan, Bərdə, Şəmkir və Zaqatala rayonlarının 25 kəndini əhatə edən maarifləndirmə görüşləri təşkil edilmiş, 668 uşaq bu layihədən yararlanıb”, – Muradova qeyd edib.

Komitə sədri bildirib ki, bu fəaliyyətlərdə media nümayəndələrinin, qeyri-hökumət təşkilatlarının, millət vəkillərinin, təhsil və sosial xidmət mütəxəssislərinin iştirakı xüsusi əhəmiyyət daşıyır.

“Uşaq hüquqlarının qorunması yalnız dövlət qurumlarının deyil, bütövlükdə cəmiyyətin ortaq məsuliyyətidir”, – o vurğulayıb.

Muradovanın sözlərinə görə, Dövlət Komitəsinin ən uğurlu təşəbbüslərindən biri uşaqların qərarvermə və ictimai iştirakçılıq proseslərinə cəlb edilməsidir.

“Uşaq Səfirlər Məclisi və Uşaqların İnkişafı Platforması artıq ölkəmizdə uşaqların səsinin eşidildiyi mühüm iştirak platformalarına çevrilmişdir”, – komitə sədri bildirib.

O qeyd edib ki, Uşaq Səfirlər Məclisi tərəfindən il ərzində 607 tədbir həyata keçirilib, 23 min 427 uşaq və yeniyetmə bu təşəbbüslərdən yararlanıb.

Muradova əlavə edib ki, uşaqlar bu platformalar vasitəsilə liderlik, hüquq maarifçiliyi, ekoloji məsuliyyət, kibertəhlükəsizlik, sağlam həyat tərzi və sosial fəallıq istiqamətlərində müxtəlif layihələrdə iştirak edirlər.

“Bu platformalar uşaqlara yalnız öz fikirlərini ifadə etmək imkanı vermir, eyni zamanda onların vətəndaş məsuliyyətinin formalaşmasına və sosial fəallığının artmasına şərait yaradır”, – Bahar Muradova bildirib.

Gülnar Nazimqızı

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol