• $
  • €
  • ₽
  • ₺
  • £

Perinatal Mərkəzdə 7 körpənin öldüyü yanğın işi üzrə sabiq direktor 7 il 3 ay həbs cəzası alıb

Perinatal Mərkəzdə 7 körpənin öldüyü yanğın işi üzrə sabiq direktor 7 il 3 ay həbs cəzası alıb
04.06.2026 16:13

Bakı Ağır Cinayətlər Məhkəməsi Respublika Perinatal Mərkəzində 2024-cü ildə baş vermiş və yeddi yeni doğulmuş körpənin ölümü ilə nəticələnən yanğınla bağlı cinayət işi üzrə mərkəzin sabiq direktoru Mehriban Abasquliyeva barəsində 7 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.

Yerli medianın məlumatına görə, hökm hakim Leyla Əsgərova-Məmmədova sədrliyi ilə keçirilən məhkəmə prosesində elan olunub. Abasquliyeva hökm oxunduqdan sonra məhkəmə zalında həbs edilib.

Eyni iş üzrə təqsirləndirilən şəxslərdən Hamlet Mustafayev 5 il 8 ay, Elnur Əhmədli isə 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

Daha əvvəl keçirilən məhkəmə iclaslarından birində dövlət ittihamçısı Abasquliyevanın 8 il, Mustafayev və Əhmədlinin isə hər birinin 7 il müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmə zalında həbs olunmalarını tələb etmişdi.

2024-cü il yanvarın 9-da Respublika Perinatal Mərkəzinin inzibati binasında baş vermiş yanğınla bağlı Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanıb və istintaq Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub.

İstintaqın nəticələrinə görə, yanğın mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatada baş verib. Hadisə nəticəsində yeddi yeni doğulmuş körpə ölüb, dörd nəfər xəsarət alıb və müəssisəyə 361 min manat məbləğində maddi ziyan dəyib.

Abasquliyeva ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə və yanğın təhlükəsizliyi qaydalarını pozma, Mustafayev və Əhmədli isə yanğın təhlükəsizliyi qaydalarını pozma maddələri ilə təqsirli biliniblər.

Aytac Zeynalova 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol