• $
  • €
  • ₽
  • ₺
  • £

Özümüzü aldatmayaq, uşaqlardan telefonu almaq mümkün deyil - Rəşad Məcid

Özümüzü aldatmayaq, uşaqlardan telefonu almaq mümkün deyil - Rəşad Məcid
08.06.2026 12:36

Müasir dövrdə uşaqların mobil telefon və rəqəmsal texnologiyalardan istifadəsinin qarşısını tam almaq mümkün deyil və buna görə də risklərin idarə olunmasına yönəlmiş mexanizmlər yaradılmalıdır. Bunu Mətbuat Şurasının sədri Rəşad Məcid deyib. 

“Özümüzü aldatmayaq, uşaqların əlindən telefonu almaq qeyri-mümkündür. Süni intellekt alətləri artıq onların təhsil prosesində də istifadə olunur”, – o bildirib.

Məcidin sözlərinə görə, uşaqların zərərli məzmunlardan qorunmasında yalnız hüquqi mexanizmlər deyil, həm də ictimai nəzarət və məsuliyyət mühüm rol oynayır.

“İctimai qınaq olmalıdır. Virtual məkanda da məsuliyyət və qınaq mexanizmləri formalaşmalıdır”, – o deyib.

O əlavə edib ki, texnologiyaların sürətli inkişafı səbəbindən qanunvericilik bir sıra hallarda yeniliklərin arxasınca çatmaqda çətinlik çəkir. Məcid qeyd edib ki, sosial şəbəkə platformalarının provayderlərinin qarşıdakı dövrdə hansı texniki həllər tətbiq edəcəyi hələ məlum deyil.

Bununla belə, onun fikrincə, müxtəlif filtrasiya və təhlükəsizlik mexanizmləri vasitəsilə uşaqları müəyyən zərərli vərdişlərdən və riskli məzmunlardan uzaq saxlamaq mümkündür.

Gülnar Nazimqızı 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol