• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan kibertəhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlığı gücləndirir

Azərbaycan kibertəhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlığı gücləndirir
09.06.2026 11:02

Azərbaycanda kibertəhlükəsizliyin təmin olunması üçün bir sıra ixtisaslaşmış dövlət qurumları fəaliyyət göstərir.  Bunu Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Emin İsmayılzadə bildirib.

Onun sözlərinə görə, Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi, Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzi və digər aidiyyəti qurumlar bu sahədə koordinasiyalı fəaliyyət göstərirlər.

O qeyd edib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin tərkibində fəaliyyət göstərən qurum əsasən kritik dövlət infrastrukturuna yönələn kibertəhdidlərin qarşısının alınması ilə məşğuldur. O xatırladıb ki, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycana qarşı çoxsaylı kiberhücum cəhdləri qeydə alınsa da, aidiyyəti qurumların birgə fəaliyyəti nəticəsində bu təhdidlər zərərsizləşdirilib.

"Bu ilin əvvəlindən fəaliyyətini Milli Kibertəhlükəsizlik Agentliyi adı ilə davam etdirən qurum da informasiya sistemlərinin qorunması, kibertəhlükəsizlik sahəsində maarifləndirmə və preventiv tədbirlərin həyata keçirilməsi istiqamətində mühüm rol oynayır",- o vurğulayıb.

Onun sözlərinə görə, kibercinayətlərlə mübarizədə dövlət və özəl sektor əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır: “Kiberməkanın böyük hissəsi bankların, internet provayderlərinin, telekommunikasiya operatorlarının və digər özəl şirkətlərin nəzarətindədir. Buna görə də hüquq-mühafizə orqanları ilə özəl sektor arasında operativ məlumat mübadiləsi cinayətlərin qarşısının vaxtında alınmasına imkan verir”.

Aytac

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol