• $
  • €
  • ₽
  • ₺
  • £

Kitabxanaçların maaşı artırılacaq - nazir

Kitabxanaçların maaşı artırılacaq - nazir
10.06.2026 12:11

Azərbaycanda dövlət kitabxana sisteminin optimallaşdırılması nəticəsində qənaət ediləcək resursların yenidən sahəyə yönəldilməsi və kitabxanaçıların əməkhaqlarının artırılması üçün konkret model hazırlanıb. Bunu mədəniyyət naziri Adil Kərimli kitabxana sisteminin inkişafına həsr olunmuş ictimai müzakirələrdə çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, kitabxana sisteminin təkmilləşdirilməsində əsas prioritet insan amilidir və keyfiyyətli xidmətin təmin olunması üçün ilk növbədə kitabxanaçıların sosial rifahı yaxşılaşdırılmalıdır.

"Kitabxana sistemində çalışan şəxslərin əməyinin bazar tələblərinə uyğun qiymətləndirilməsi vacibdir. Bu istiqamətdə ciddi iş aparılır və artıq konkret model hazırlanıb", - nazir bildirib.

Adil Kərimli qeyd edib ki, sahənin əsas problemlərindən biri peşəkar kadr çatışmazlığıdır. Onun sözlərinə görə, hazırda kitabxana sistemində ali ixtisas təhsilli əməkdaşların payı cəmi 7,7 faiz təşkil edir, əməkdaşların 40 faizi isə yalnız ümumi orta təhsilə malikdir.

Nazir vurğulayıb ki, "Kitabxana işi haqqında" qanunda kitabxanalarda ixtisaslı kadrların fəaliyyət göstərməsi tələbi əksini tapsa da, uzun illər bu prinsipə tam əməl olunmayıb.

Nəticədə, sahəyə kifayət qədər bələd olmayan şəxslər də kitabxana sistemində fəaliyyət göstəriblər.

Bununla yanaşı, Adil Kərimli ölkədə peşəsinə böyük sevgi və fədakarlıqla yanaşan çoxsaylı kitabxanaçıların olduğunu bildirib.

"Ucqar rayonlarda belə, çətin şəraitdə çalışaraq kitaba və oxuculara xidmət edən insanlar var. Biz onları yüksək qiymətləndiririk və onların fəaliyyətini qorumağı vacib hesab edirik", - nazir qeyd edib.

Mədəniyyət naziri əlavə edib ki, 65 yaşdan yuxarı kitabxanaçıların yaş meyarına görə avtomatik şəkildə işdən uzaqlaşdırılması dövlətin məqsədi deyil.

Onun sözlərinə görə, bu məsələyə seçimli qaydada yanaşılır və əsas hədəf həm təcrübəli mütəxəssislərin potensialını qorumaq, həm də kitabxana sistemini peşəkar kadrlarla gücləndirməkdir.

Gülnar Nazimqızı

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol