• $
  • €
  • ₽
  • ₺
  • £

Ötən il 478 yeniyetmə cinayət məsuliyyətinə cəlb olunub

Ötən il 478 yeniyetmə cinayət məsuliyyətinə cəlb olunub
10.06.2026 16:06

 

Uşaqların zorakılıq və digər hüquq pozuntularına məruz qalması bu gün də qlobal problem olaraq qalır.

Bu fikirləri Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” adlı tədqiqat hesabatının və “Uşaqlar və Hüquq” adlı kitabın təqdimat mərasimində çıxışı zamanı səsləndirib.

Baş prokuror bildirib ki, beynəlxalq statistik göstəricilər vəziyyətin kifayət qədər narahatedici olduğunu göstərir. Onun sözlərinə görə, 2025-ci ilə dair məlumatlara əsasən, təxminən 90 milyon uşaq müxtəlif formalarda intim və ya cinsi xarakterli zorakılığa məruz qalıb, 1,6 milyard uşaq isə ailə mühitində müntəzəm olaraq fiziki cəza və psixoloji təzyiqlərlə üzləşir.

“Bu rəqəmlər onu göstərir ki, uşaqların hüquqlarının müdafiəsi sahəsində beynəlxalq səviyyədə görülən işlərə baxmayaraq, problem hələ də aktual olaraq qalır və bu istiqamətdə daha təsirli tədbirlərin həyata keçirilməsini tələb edir”, – Kamran Əliyev vurğulayıb.

Baş prokuror qeyd edib ki, Azərbaycanda vəziyyət bir çox ölkələrlə müqayisədə daha qənaətbəxşdir. Bununla belə, hər bir uşaqla bağlı baş verən hüquq pozuntusu və ya cinayət hadisəsinin cəmiyyət və dövlət üçün ciddi narahatlıq doğurduğunu bildirib.

Kamran Əliyevin sözlərinə görə, 2025-ci il üzrə statistikaya əsasən, 478 nəfər yetkinlik yaşına çatmayan şəxs cinayət məsuliyyətinə cəlb edilib, 784 nəfər isə cinayət hadisələri üzrə zərərçəkmiş şəxs qismində tanınıb.

Baş prokuror vurğulayıb ki, uşaqların təhlükəsizliyinin və hüquqlarının daha etibarlı müdafiəsinin təmin edilməsi üçün maarifləndirmə tədbirlərinin, elmi-praktik müzakirələrin və tədqiqatların keçirilməsi xüsusi əhəmiyyət daşıyır.

O, həmçinin qeyd edib ki, qanunvericilik tədbirləri ilə yanaşı, prokurorluq orqanlarında təşkilati xarakterli islahatlar da həyata keçirilir. Bu istiqamətdə mühüm addımlardan biri kimi 2021-ci ildə Baş Prokurorluğun strukturunda Cinayət təqibindən kənar icraatlar idarəsinin yaradıldığını diqqətə çatdırıb.

Aytac

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol