• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat Qubada Aqrar Universitetin filialının yaradılmasını təklif edir

Deputat Qubada Aqrar Universitetin filialının yaradılmasını təklif edir
11.06.2026 15:48

Deputat Əlibala Məhərrəmzadə Quba və ətraf rayonlarda aqrar təhsilin genişləndirilməsini, Azərbaycan Dövlət Aqrar Universitetinin filialının yaradılmasını təklif edib.


Deputat bildirib ki, aqrar sahəyə münasibətdə yanaşma dəyişməlidir və bu sahənin perspektivləri gənclərə daha geniş izah olunmalıdır.


“Çox təəssüf ki, ənənəvi olaraq abituriyentlər əvvəlcə hüquq, iqtisadiyyat və digər ixtisaslara üstünlük verirlər. Aqrar sahəyə isə daha çox son seçim kimi baxırlar. Halbuki kənd təsərrüfatı bu gün həm gəlirli, həm də strateji sahədir”, – Məhərrəmzadə qeyd edib.


Onun sözlərinə görə, Qubada və Quba ətrafında aqrar universitetin və ya böyük filialın yaradılması mühüm nəticələr verə bilər.


“Qubada çayçılıq və meyvəçilik üzrə elmi-tədqiqat institutları yerləşir. Burada kifayət qədər peşəkar mütəxəssislər var. Bu potensialdan daha səmərəli istifadə olunmalıdır”, – deputat bildirib.


Məhərrəmzadə həmçinin aqrar sahədə informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsini vacib sayıb.


“Bu gün dünyada aqrar inkişaf təkcə ənənəvi kənd təsərrüfatı üzərində deyil, texnologiyalar üzərində qurulur. Aqrar İT, meliorasiya, heyvandarlıq və digər istiqamətlərdə rəqəmsal həllərin tətbiqi prioritet olmalıdır”, – o deyib.


Deputatın sözlərinə görə, hazırda aqrar sahədə yüksək texnologiyaları tətbiq edən bir çox mütəxəssis xaricdən cəlb olunur və onlar yüksək məvacib alırlar. O hesab edir ki, Azərbaycanda bu istiqamətdə yerli kadr hazırlığı gücləndirilməlidir.


“İnsanlara izah olunmalıdır ki, övladları aqrar sahədə təhsil alsalar, hüquqşünasdan və iqtisadçıdan da çox qazana, daha böyük inkişaf yolu keçə bilərlər. Aqrar sahə üzrə kadr hazırlığı həm də bir təbliğat və mədəniyyət məsələsinə çevrilməlidir”, – Məhərrəmzadə vurğulayıb.


O, xaricdən aqrar mütəxəssislərin cəlb olunması üçün miqrasiya prosedurlarının da yumşaldılmasını təklif edib.


“Əgər kənd təsərrüfatı sahəsi üzrə miqrasiya prosedurlarında müəyyən sadələşdirmələr tətbiq olunsa, yüzlərlə mütəxəssisi ölkəyə cəlb etmək və bu sahədə inkişaf mexanizmlərini sürətləndirmək olar”, – deputat bildirib.


Məhərrəmzadə əlavə edib ki, dünyada ərzaq təhlükəsizliyi ən əsas prioritetlərdən birinə çevrilib və aqrar mütəxəssislərə tələbat artır.

Gülnar Nazimqızı 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol