• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat aqrar subsidiyaların regionlar üzrə fərqləndirilməsini təklif edir

Deputat aqrar subsidiyaların regionlar üzrə fərqləndirilməsini təklif edir
11.06.2026 15:52

Deputat Razi Nurullayev aqrar sektorda subsidiyaların regionlar üzrə fərqləndirilməsini, torpaqların birləşdirilməsini və kiçik fermerlərin məhsullarının satışına dəstəyin artırılmasını təklif edib.


O, aqrar sahənin inkişafı ilə bağlı müzakirələr zamanı bildirib ki, subsidiya mexanizmlərində Azərbaycanın bölgələrinin iqlim və coğrafi xüsusiyyətləri nəzərə alınmalıdır.


"Azərbaycanın coğrafiyası fərqlidir, iqlimi fərqlidir. Ona görə də bütün ölkə üzrə eyni subsidiya məbləğlərinin verilməsi düzgün deyil. Subsidiyaların coğrafi xüsusiyyətlərə uyğunlaşdırılması çox vacibdir", - Razi Nurullayev deyib.


Deputatın sözlərinə görə, balıqçılıq sahəsində nəzarətin gücləndirilməsi müsbət nəticələr verir, lakin qeyri-qanuni balıq ovuna qarşı mübarizə daha da sərtləşdirilməlidir.


"Bu gün qeyri-qanuni hallar var. Məhsul zəncirini bilməyən insanlar korrupsiya yolu ilə balıq ovu ilə məşğul olur, müxtəlif qanunsuz vasitələrdən istifadə edirlər. Bu isə balıq ehtiyatlarının azalmasına gətirib çıxarır", - o qeyd edib.


Nurullayev torpaqların birləşdirilməsi məsələsini də vacib adlandırıb. Onun sözlərinə görə, xırda və pərakəndə torpaq sahələri fermerlərin məhsuldarlığını və bazara çıxış imkanlarını məhdudlaşdırır.


"Bir hektar torpaq bir yerdə 30 sot, başqa yerdə 20 sot olur. Dövlət bu məhsulları almaqda çətinlik çəkir, daşınma xərcləri artır. Torpaqların birləşdirilməsi həm istehsalı, həm də satış imkanlarını genişləndirə bilər", - deputat bildirib.


O, kiçik təsərrüfat sahiblərinin məhsullarını satmaqda ciddi çətinliklərlə üzləşdiyini də vurğulayıb.


"Xırda təsərrüfat sahiblərinin əsas şikayəti məhsullarını sata bilməmələridir. Məhsul az olur, daşınma və satış xərcləri üst-üstə gələndə onlar ya məhsulu çox ucuz satırlar, ya da məhsul məhv olur. Bu fermerlərin məhsullarının alınması məsələsi çox vacibdir", - Razi Nurullayev deyib.


Deputat heyvandarlıqda cins heyvanların payının artırılması üzrə hədəflərin daha iddialı olmasının vacibliyini də qeyd edib.


"Heyvandarlığın inkişafı cins heyvanların payının artırılmasından keçir. Elə heyvan var 5 kiloqram süd verir, elə cins heyvan var 30 kiloqram süd verir. Bu baxımdan həmin payın artırılması hədəflərə çatmaq üçün əsas şərtlərdən biridir", - o əlavə edib.

Gülnar Nazimqızı 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol