• $
  • €
  • ₽
  • ₺
  • £

Subsidiyaların 75 faizi nəticəyə görə verilməlidir - təklif

Subsidiyaların 75 faizi nəticəyə görə verilməlidir - təklif
11.06.2026 16:18

Azərbaycanın aqrar ixrac potensialının artırılması üçün bazar infrastrukturu və trader fəaliyyətinin gücləndirilməsi vacibdir. Bu barədə Milli Məclisdə çıxışı zamanı Müşfiq Cəfərov bildirib.

Deputatın sözlərinə görə, ölkənin əsas ixrac bazarları qonşu dövlətlərdir və bu istiqamətdə mövcud imkanlardan daha səmərəli istifadə olunmalıdır.

“Düşünürəm ki, bizim ixracat bazarımız qonşu ölkələrdir. Bu bazarlar daha çox inkişaf edir. Trader fəaliyyətini gəncləndirməliyik və buna çox böyük önəm verməliyik”, – Cəfərov deyib.

O bildirib ki, fermerlərin bir çox hallarda məhsula əlavə dəyər yaratmaq imkanları məhduddur və bu səbəbdən trader institutunun, logistika zəncirinin və bazar infrastrukturunun inkişafı ixracın genişlənməsində əsas rol oynaya bilər.

“Əgər trader fəaliyyəti güclənərsə, logistika və bazar infrastrukturu inkişaf edərsə, ixracata çox böyük təkan olar”, – deputat qeyd edib.

Cəfərov həmçinin aqrar subsidiyaların daha çox nəticəyönümlü şəkildə tətbiq olunmasını təklif edib.

Onun sözlərinə görə, mövcud dəstək mexanizmləri əsasən əkin aparılmasına görə verilir, lakin gələcəkdə subsidiyaların məhsuldarlıq və yekun nəticələr əsasında müəyyənləşdirilməsi daha səmərəli ola bilər.

“Subsidiyalar daha çox nəticəyə görə verilməlidir... Bu mexanizm ümumi dəstəyin 25 faizini təşkil etməlidir. Dəstəyin 75 faizi isə nəticəyə çatdığı halda verilsə, bu, fermer üçün daha cəlbedici olar”, – o bildirib.

Deputatın fikrincə, bu yanaşma fermerləri daha yüksək məhsuldarlığa və səmərəliliyə təşviq edə bilər.

O, çıxışında torpaq konsolidasiyası məsələsinə də toxunaraq bu prosesdə ehtiyatlı yanaşmanın vacibliyini vurğulayıb.

“Bu məsələdə çox ehtiyatlı olmalıyıq. Yüz ölçüb, bir biçməliyik”, – Cəfərov deyib.

Onun sözlərinə görə, torpaq bölgüsündə tarixən fərqli keyfiyyətlərə malik sahələrin mövcudluğu nəzərə alınmalı, konsolidasiya isə məcburi deyil, təşviqedici mexanizmlərlə həyata keçirilməlidir.

Gülnar Nazimqızı 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol