• $
  • €
  • ₽
  • ₺
  • £

Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdərə şəhərində keçirilib

Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdərə şəhərində keçirilib
17.06.2026 19:44

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə iyunun 17-də Ağdərə şəhərində Qərargahın növbəti iclası keçirilib.

İclasda işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafı, məşğulluğun artırılması, ekoloji dayanıqlılıq və su ehtiyatlarının idarə olunması məsələləri müzakirə edilib.

Samir Nuriyev bildirib ki, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri nəticəsində zəruri infrastruktur yaradılıb və hazırda əsas vəzifə bu baza üzərində dayanıqlı iqtisadi inkişafın təmin olunmasıdır.

Onun sözlərinə görə, Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası yekunlaşmaq üzrədir, hazırda isə II Dövlət Proqramının hazırlanması istiqamətində iş aparılır.

Qərargah rəhbəri qeyd edib ki, azad edilmiş ərazilərin aqrar potensialı Böyük Qayıdış prosesinin iqtisadi dayanıqlılığı baxımından mühüm əhəmiyyət daşıyır. O, torpaq və su ehtiyatlarından səmərəli istifadə, aqrar istehsalın genişləndirilməsi, emal imkanlarının yaradılması və kənd təsərrüfatında dayanıqlı məşğulluğun təmin edilməsini əsas vəzifələrdən biri kimi qiymətləndirib.

İclasda bildirilib ki, dayanıqlı məskunlaşmanın təmin olunması yeni iş yerlərinin yaradılması və iqtisadi fəaliyyət imkanlarının genişləndirilməsindən asılıdır. Bu məqsədlə müxtəlif sahələrdə məşğulluğun artırılması, peşə bacarıqlarının inkişaf etdirilməsi və sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi istiqamətində tədbirlərin davam etdirilməsi vacib sayılıb.

Müzakirələr zamanı ekoloji dayanıqlılıq və su ehtiyatlarının idarə olunması məsələlərinə də toxunulub. Qeyd edilib ki, təbii ehtiyatlardan səmərəli istifadə, ekosistemlərin bərpası və torpaq ehtiyatlarının qorunması uzunmüddətli inkişafın əsas şərtlərindəndir.

Daha sonra aidiyyəti qurumların nümayəndələri tərəfindən işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadə, aqrar istehsalın təşkili, məşğulluğun təmin olunması, ekoloji dayanıqlılıq və su ehtiyatlarının idarə olunması sahələrində görülən işlər barədə məruzələr təqdim edilib.

İclasın sonunda işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi sosial-iqtisadi inkişaf prosesinə inteqrasiyasının sürətləndirilməsinin və Böyük Qayıdış prosesinin dayanıqlılığının təmin olunmasının vacibliyi vurğulanıb.

İclasdan sonra iştirakçılar Ağdərə şəhərinin baş planı ilə tanış olub, həmçinin Ağdərə və Xocalı rayonlarında həyata keçirilən aqrar və sənaye layihələrinə baxış keçiriblər.

Səfər çərçivəsində Ağdərənin Çaylı kəndində salınmış intensiv meyvə bağına, “Dəmirli” Filiz Emalı Kompleksinə, Xocalının Daşbulaq kəndindəki tut bağına və Xanabad kəndində fəaliyyət göstərən heyvandarlıq kompleksinə baş çəkilib.

Məlumatda qeyd olunub ki, həyata keçirilən aqrar və sənaye layihələri bölgədə iqtisadi fəallığın artmasına, yeni iş yerlərinin yaradılmasına və Böyük Qayıdış prosesinin iqtisadi əsaslarının möhkəmlənməsinə xidmət edir.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol