• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda kənd təsərrüfatı istehsalı 2,3% artıb

Azərbaycanda kənd təsərrüfatı istehsalı 2,3% artıb
18.06.2026 11:55

Azərbaycanda 2026-cı ilin yanvar-mayında 3,996 milyard manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,3% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. 

Hesabat dövründə heyvandarlıq məhsullarının istehsalı 2,6%, bitkiçilik məhsullarının istehsalı isə 1,1% artıb.

Məhsul yığımına başlanılması ilə əlaqədar iyunun 1-nə olan vəziyyətə görə tarlalardan 443,6 min ton tərəvəz yığılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,5% çoxdur. Kartof yığımı 168,9 min ton təşkil edib və illik müqayisədə 0,1% artıb.

Meyvə və giləmeyvə istehsalında daha yüksək artım qeydə alınıb. Belə ki, bu məhsulların yığımı 54 min tona çataraq ötən ilin eyni dövrü ilə müqayisədə 55,4% artıb.

Eyni zamanda, dənli və dənli paxlalı bitkilərin yığımı 30,6 min ton olub ki, bu da illik müqayisədə 69,1% azdır. Yaşıl çay yarpağı istehsalı isə 11,5% artaraq 556 tona yüksəlib.

Gülnar Nazimqızı 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol