• $
  • €
  • ₽
  • ₺
  • £

TƏBİB: Qəzada xəsarət alan qızın KT müayinəsinə aparılması tibbi baxımdan mümkün olmayıb

TƏBİB: Qəzada xəsarət alan qızın KT müayinəsinə aparılması tibbi baxımdan mümkün olmayıb
18.06.2026 16:35

TƏBİB Bakı-Sumqayıt yolunda baş vermiş yol-nəqliyyat hadisəsində ağır xəsarət alan və daha sonra vəfat edən 17 yaşlı Zəhranın Abşeron Rayon Mərkəzi Xəstəxanasında kompüter tomoqrafiyası (KT) müayinəsindən keçirilməməsinə münasibət bildirib. Bu barədə qurum Qafqazinfoya açıqlamasında deyib. 

Qurumun açıqlamasına görə, 2008-ci il təvəllüdlü qız iyunun 16-da saat 17:00 radələrində Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çatdırılıb və qəbul olunduğu andan etibarən ona təxirəsalınmaz tibbi yardım göstərilib.

TƏBİB bildirib ki, pasiyentə qarın, bel və çanaq nahiyəsinin dəqiqləşdirilməmiş travması, kəllədaxili travmalar, boyun nahiyəsinin travması, pnevmotoraks, ön qol və bud sümüyünün sınıqları, həmçinin bud nahiyəsinin açıq yarası diaqnozları qoyulub və zəruri müayinə-müalicə tədbirləri həyata keçirilib.

“Həkimlər tərəfindən aparılan intensiv müalicə və reanimasiya tədbirlərinə baxmayaraq, xəstənin həyati funksiyalarını bərpa etmək mümkün olmayıb və 16 iyun 2026-cı il tarixində saat 20:20 radələrində bioloji ölüm faktı qeydə alınıb”, – məlumatda deyilir.

Qurum qeyd edib ki, xəstənin xəstəxanaya daxil olduğu andakı vəziyyəti son dərəcə ağır və həyati göstəriciləri qeyri-sabit olub.

“Bu səbəbdən xəstənin KT (kompüter tomoqrafiyası) müayinəsinə aparılması tibbi baxımdan mümkün olmayıb. Əlavə olaraq bildiririk ki, radioloji tibbi xidmətlərin daha da təkmilləşdirilməsi məqsədilə TƏBİB tərəfindən müasir tibbi texnologiyaların tətbiqi ilə bağlı zəruri tədbirlər həyata keçirilir. Əsas prioritet bütün tibb müəssisələrinin radioloji avadanlıqlarla təchiz edilməsi deyil, pasiyentlərin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi istiqamətində vahid radioloji tibbi xidmətlərin göstərilməsi üçün şəraitin yaradılmasıdır”. – TƏBİB vurğulayıb.

 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol