• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda saxlanılan Rusiya vətəndaşlarına hökm oxunub

Bakıda saxlanılan Rusiya vətəndaşlarına hökm oxunub
19.06.2026 16:27

Bakı Ağır Cinayətlər Məhkəməsi narkotik vasitələrin qanunsuz dövriyyəsi və digər cinayətlərdə təqsirləndirilən səkkiz Rusiya vətəndaşı barəsində hökm çıxarıb.

Məhkəmənin hökmünə əsasən, Sergey Sofronov, Anton Draçev, Dmitri Bezuqli və Valeri Dulov 4 il, Dmitri Fedorov, Boris Timoşov, Aleksey Vasilçenko və İlya Bezuqli isə 3 il müddətinə azadlıqdan məhrum ediliblər.

Onlar Cinayət Məclələsinin 234-1.1 maddəsi ilə ittiham olunublar. 

Bundan əvvəl təqsirləndirilən şəxslər Daxili İşlər Nazirliyinin İrandan narkotik vasitələrin tranziti və dövriyyəsi, həmçinin kiberdələduzluq faktları ilə bağlı keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıblar.

Onlar barəsində 2025-ci il iyulun 1-də Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi.

İstintaq materiallarına əsasən, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə – narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz əldə edilməsi, saxlanılması, daşınması və ya satılmasının qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və külli miqdarda törədilməsi ittihamı irəli sürülüb.

Tatyana Kryuçkina

 

 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol