• $
  • €
  • ₽
  • ₺
  • £

Qanunsuz mərc oyunları : Risklər, Qanun və Reallıq

Qanunsuz mərc oyunları : Risklər, Qanun və Reallıq
22.06.2026 12:18

Sosial şəbəkələrdə qanunsuz onlayn şans və mərc oyunları “asan qazanc”, “yüksək bonus” və “pulsuz balans” vədləri ilə insanları riskli fəaliyyətlərə cəlb edir. Bu cür platformalar istifadəçilərin pul və şəxsi məlumatlarının oğurlanması, hüquqi məsuliyyətlə üzləşməsi ilə nəticələnir.

Hüquqşünas Rəsul Cəfərov bildirir ki, ölkəmizdə rəsmi qeydiyyatdan keçməmiş onlayn şans və mərc oyunlarının təşkili qanunla qadağandır.

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin apardığı əməliyyatlardan biri zamanı xaricdə yaradılan onlayn kazino platformalarının Azərbaycan seqmentini idarə edən 4 nəfər saxlanılıb, onların ünvanlarından çoxsaylı bank kartları və elektron sübutlar aşkarlanıb. Təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb olunub.

Rəsul Cəfərov deyir ki, həm təşkilatçılar, həm də oynayanlar məsuliiyyətə cəlb oluna bilər. Təşkilatçılar üçün ağır cəza nəzərdə tutulub.

Hüquq-mühafizə orqanları da vətəndaşları qanunsuz mərc və şans oyunlarından uzaq durmağı tövsiyyə edir.

Aytac Zeynalova

Gülnar Nazimqızı

İstiqamət : 6.3.19. uşaq və gənclərin fiziki və mənəvi inkişafı.

Qeyd- Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb. 

 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol