• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda internet resurslarına girişin məhdudlaşdırılması halları genişləndirilir

Azərbaycanda internet resurslarına girişin məhdudlaşdırılması halları genişləndirilir
23.06.2026 11:08

Azərbaycanda internet informasiya ehtiyatlarına müraciətin müvəqqəti məhdudlaşdırılması üçün əsasların siyahısı genişləndirilir.


Bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, eləcə də Əmək və sosial siyasət komitələrinin çərşənbə axşamı keçirilən birgə iclasında müzakirəyə çıxarılan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişiklik layihəsində bildirilir.


Qanun layihəsinə əsasən, yayılması qadağan olunan məlumatların yerləşdirildiyi internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə giriş müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvəqqəti olaraq məhdudlaşdırılacaq.


Hazırkı qanunvericiliyə görə, internet informasiya ehtiyatının və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi həmin resurslarda müəyyən edilmiş qadağan olunmuş məlumatların yerləşdirilməsinə yol verməməlidir.


Sənədə əsasən, qadağan edilən məlumatlara narkotik vasitələrin hazırlanması və istifadəsi üsulları, pornoqrafik materiallar, o cümlədən uşaq pornoqrafiyası, qumar və qanunsuz mərc oyunlarını təşviq edən məlumatlar, intiharı təbliğ edən və ya ona təhrik edən məzmun, yaş məhdudiyyəti ilə bağlı tələblərə uyğun işarələnməmiş audiovizual məhsullar, təhqir və böhtan xarakterli məlumatlar, şəxsi həyatın toxunulmazlığını pozan materiallar, habelə ictimai təhlükəsizlik üçün təhdid yarada biləcək yalan məlumatlar daxildir.


Layihədə həmçinin ictimai mənəviyyatı təhqir edən və cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlərin, əxlaqsız ifadələrin və milli-mənəvi dəyərlərə zidd hesab olunan görüntülərin yayılmasına dair məlumatlar da qadağan olunan məzmun kateqoriyasına aid edilir.


Qanun layihəsi parlament komitələrində müzakirə olunub və plenar iclasa tövsiyə edilib.


Azərbaycan qanunvericiliyinə görə, internet informasiya ehtiyatı internet şəbəkəsində yaradılan, informasiyanın yayılması üçün istifadə olunan, domen adına və ya digər müəyyənedici işarələrə malik informasiya resursu hesab olunur.

Gülnar Nazimqızı

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol