• $
  • €
  • ₽
  • ₺
  • £

İstanbuldakı Azərbaycan bağçasında uşaqlara qarşı zorakılıq iddiası - video

İstanbuldakı Azərbaycan bağçasında uşaqlara qarşı zorakılıq iddiası - video
23.06.2026 12:50

Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən “Hüseyn Cavid Azərbaycan Millətlərarası Uşaq Bağçası”nda uşaqlara qarşı zorakılıq göstərilməsi ilə bağlı iddialar yayılıb. 

Türkiyə mediasının məlumatına görə, İstanbulun Bayrampaşa rayonunda yerləşən və əsasən əcnəbi vətəndaşların uşaqlarının təhsil aldığı özəl bağçada çalışan 60 yaşlı A.B. adlı əməkdaşın uşaqları yuxu saatında ağac çubuqla vurduğu və onlara qarşı kobud rəftar etdiyi iddia olunur.

Məlumata əsasən, hadisələrin təhlükəsizlik kameralarına düşməsindən sonra Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi araşdırmaya başlayıb. Şübhəli şəxs saxlanılıb və məhkəmə qarşısına çıxarılıb.

Bildirilir ki, bağçada narazılığa səbəb olan hadisələr iyunun 16, 17 və 19-da baş verib. İddialar valideynlərin və müəssisə rəhbərliyinin vəziyyətdən xəbər tutmasından sonra üzə çıxıb.

Məlumata görə, “Hüseyn Cavid Azərbaycan Millətlərarası Uşaq Bağçası” 2016-cı ildə filologiya üzrə fəlsəfə doktoru Şərqiyyə Məmmədova tərəfindən təsis edilib. O, əvvəlcə İstanbulda yaşayan azərbaycanlı uşaqların təhsilə cəlb olunması məqsədilə “Azərbaycan Təhsil-Kültür və Sosial Dayanışma Dərnəyi”ni yaradıb, daha sonra dərnəyin nəzdində məktəb və bağça fəaliyyətə başlayıb.

Rəsmi məlumatlara görə, müəssisədə təhsil alan uşaqların əksəriyyəti müxtəlif illərdə Türkiyəyə köçmüş, sənədləşmə və sosial problemlərlə üzləşən azərbaycanlı ailələrin övladlarıdır. Layihənin əsas məqsədlərindən biri uşaqların Azərbaycan dili, tarixi və mədəniyyəti ilə bağlı biliklərinin qorunmasıdır.

Bağçanın sponsorunun azərbaycanlı iş adamı Anar Əlzadə olduğu bildirilir. 

Hadisə ilə bağlı araşdırmalar davam edir. 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol