• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir- müsahibədə dediyim fikirlər konteksdən çıxarılıb

Nazir- müsahibədə dediyim fikirlər konteksdən çıxarılıb
24.06.2026 14:50

 Ölkədə ali təhsilin aşağı maliyyələşdirilməsi uzunmüddətli perspektivdə təhsilin keyfiyyətinə mənfi təsir göstərir və bu məsələnin ictimai müzakirəsi vacibdir. Bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib.

Nazir sosial şəbəkədə yaydığı açıqlamada qeyd edib ki, son müsahibəsində ali təhsilin maliyyələşdirilməsi ilə bağlı səsləndirdiyi fikirlər kontekstdən çıxarılaraq təqdim olunub.

Əmrullayev bildirib ki, Azərbaycanda bir tələbəyə düşən təhsil xərcləri inkişaf etmiş ölkələrlə müqayisədə aşağıdır və bu vəziyyət müəllimlərin əməkhaqları, maddi-texniki baza, elmi tədqiqatlar və digər vacib sahələrə təsir göstərir.

"Ali təhsil də digər sahələr kimi investisiya tələb edir və maliyyələşmə təhsilin keyfiyyətinə təsir edən əsas amillərdən biridir", - nazir deyib.

Nazirin sözlərinə görə, Avropa ölkələrində tez-tez "pulsuz təhsil" nümunəsi kimi göstərilən Almaniya, Fransa və Avstriyada ali təhsilin faktiki xərcləri dövlət tərəfindən qarşılanır, tələbələrin ödədiyi vəsait isə əsasən qeydiyyat haqlarıdır.

Əmrullayev qeyd edib ki, Azərbaycanda hər il bakalavr pilləsinə qəbul olunan tələbələrin yarıdan çoxu dövlət sifarişi əsasında təhsil alır və bəzi ixtisaslar tam şəkildə dövlət tərəfindən maliyyələşdirilir.
Nazir bildirib ki, ölkədə ali təhsilə yüksək tələbat səbəbindən ödənişli təhsil də mövcuddur və bir çox abituriyent dövlət hesabına digər ixtisaslarda təhsil almaq imkanına malik olsa da, seçdikləri ixtisas üzrə ödənişli təhsilə üstünlük verirlər.

Əmrullayevin sözlərinə görə, kompüter mühəndisliyi, maliyyə və inşaat mühəndisliyi kimi ixtisaslarda illik təhsil haqqının 1,500-2,000 manat səviyyəsində olması qlobal rəqabətədavamlı mütəxəssis hazırlamaq üçün kifayət etmir.

"Mənim arqumentim budur ki, bu məbləğə keyfiyyətli, qlobal rəqabətə davam gətirəcək mütəxəssis hazırlamaq mümkün deyil", - nazir bildirib.

O əlavə edib ki, məqsəd ali məktəblərdə təhsil haqlarının artırılmasını təklif etmək deyil, ali təhsilin maliyyələşdirilməsi və keyfiyyət məsələləri ətrafında konstruktiv müzakirələrin aparılmasıdır.

Nazir həmçinin bəzi hallarda keyfiyyətsiz ali təhsil diplomu əvəzinə keyfiyyətli peşə təhsilinin daha səmərəli seçim ola biləcəyini qeyd edib.

Gülnar Nazimqızı

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol